Tat xalqı və ya Zaqafqaziya farsları (həmçinin: Tat, Parsi, Dağlı, Lohijon) hazırda Azərbaycan və Rusiya (əsasən Cənubi Dağıstan) ərazisində yaşayan İran xalqıdır. Tatlar Qafqazdakı İran mənşəli yerli xalqların bir hissəsidir..H. Pilkington,"Islam in Post-Soviet Russia", Psychology Press, Nov 27, 2002 . pg 27: "Among other indigenous peoples of Iranian origin were the Tats, the Talishes and the Kurds"R. Khanam,"Encyclopaedic Ethnography of Middle-East and Central Asia:P-Z, Volume 1", Global Vision Publishing Ho, 2005. pg 746:"The contemporary Tats are the descendants of an Iranian-speaking population sent out of Persia by the dynasty of the Sasanids in the fifth to sixth centuries."T. M. Masti︠u︡gina, Lev Perepelkin, Vitaliĭ Vi͡a︡cheslavovich Naumkin, "An Ethnic History of Russia: Pre-Revolutionary Times to the Present", Greenwood Publishing Group, 1996. pg 80:"The Iranian Peoples (Ossetians, Tajiks, Tats, Mountain Judaists)"

Tarixi Tarixi məlumata görə bu qədim xalq təqribən 2000 il bundan qabaq Sasanilər İmperiyası hakimiyyəti zamanı şimaldan gələn türklərin qarşısını almaq məqsədilə Cənubi Qafqaz ərazisinə köçürülmüşdür. Qədim ari tayfalarından olan tatlar ərəb işğalından sonra islam dinini qəbul etmişlər.

1810-cu ildə Bakı və Abşeronun ətraf kəndlərinin komendantı general İvan İvanoviç Repin Bakı haqqında yığdığı məlumatlarda qeyd olunurdu ki, şəhərin özündə və müvafiq olaraq Bakı xanlığına aid olmuş ərazilərdə 2235 nəfər yaşayırdı. Azsaylı rus, erməni, yəhudilər(81 nəfər) istisna olmaqla əhalinin böyük əksəriyyəti - 2155 nəfər şiə tatlar təşkil edirdi.

Dil İran dillərindən biri olan Tat dilində danışırlar.

Din Tatların əksəriyyəti İslam dininə etiqad edir. Tatların bir qismi isə yəhudidir.

Məskunlaşma Tatlar əsasən Bakıda, Quba, Şabran, Siyəzən, Xaçmaz, Şamaxı, Ağsu, İsmayıllı, Gəncə, Şəmkir, Xızı, Gədəbəy və Dərbənd rayonlarında tarixən sıx olaraq məskunlaşıblar. Hal-hazırda, Azərbaycan Respublikasından kənarda — Rusiya Federasiyasında, Qazaxıstanda, Qırğızıstanda, Gürcüstanda da müsəlman tatlar yaşayır. link=https://en.wikipedia.org/wiki/File:Tats_in_azerbaijan_1890.png|thumb|300x300px link=https://en.wikipedia.org/wiki/File:Old_woman_in_Lahic.jpg|thumb|Lahıcda yaşayan yaşlı qadın

Statistika +1999-cu və 2009 il s.a. əsasən Tatlar Yaşayış məntəqəsi 1999 sa.2009 sa.Bütün ölkə üzrə 10 922The United Nations Statistics Division : 27.01.1999 census of Azerbaijan25 218Quba rayonu1 08813 880Xaçmaz rayonu8 8539 108Abşeron rayonu63007660Şabran rayonu51 700Sumqayıt…670Hacıqabul rayonu…610Şamaxı rayonu…598Xızı rayonu…473İsmayıllı rayonu…Siyəzən rayonu42…digər934317

Mədəniyyət Qədim tarixə sahib tatlar Quba-Qafqaz xalçaçılığının inkişafında böyük rol oynamışlar.

Tanınmış şəxsiyyətlər Bəybala Abbasov (1923–2012) — tibb sahəsində əməkdar elm xadimi. Cahangir Cahangirov (1921–1992) — bəstəkar, Azərbaycan SSR xalq artisti. Əkrəm Cəfər (1905–1991) — yazıçı. Əli Bayramov (1889–1920) — inqilabçı. İlhüseyn Hüseynov (1925–2006) — SSR Azərbaycan DTK-nın sədri. Qiyasəddin Qeybullayev (1934–2002) — tarixçi etnoqraf, filologiya elmləri doktoru, Azərbaycan tarixi haqqında revizionist nəzəriyyələr müəllifi. Manaf Süleymanov (1912–2001) — yazıçı. Şövkət Səlimova (1920–1999) — gəmi kapitanı. Vahid Əhmədov — ictimai-siyasi xadim. Zərnigar Ağakişiyeva (1945–2018) — aktrisa, Azərbaycan Respublikasının xalq artisti. Mikayıl Müşfiq (1908–1938) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, "Azərnəşr"in keçmiş redaktoru. Cəfər Cabbarlı (1899–1934) — Azərbaycan şairi, tərcüməçisi və pedaqoqu, "Azərnəşr"in keçmiş redaktoru. Bəşir Səfəroğlu (1925–1969) — Azərbaycan-sovet teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti.

İstinadlar

Xarici keçidlər Miller_tats.zip

Həmçinin bax Xorasan tatları Farslar Tatabad məhəlləsi Azərbaycan Respublikasının əhalisi

Kateqoriya:Azərbaycanda yaşayan etnik qruplar Kateqoriya:İrandilli xalqlar Kateqoriya:Tatlar Kateqoriya:Rusiyada yaşayan etnik qruplar Kateqoriya:Dağıstanda yaşayan etnik qruplar Kateqoriya:Gürcüstanda yaşayan etnik qruplar Kateqoriya:Beynəlxalq sərhədlərlə bölünmüş etnik qruplar Kateqoriya:Qafqazda yaşayan irandilli xalqlar Kateqoriya:Cənubi Qafqazdakı yerli xalqlar Kateqoriya:Şimali Qafqazdakı yerli xalqlar Kateqoriya:İran şəxsləri Kateqoriya:Farslar