Bəsic (Farsca: بسيج), Ayətullah Xomeyni tərəfindən 1979-cu ilin noyabr ayında İranda yaradılmış paramilitarist könüllü milis təşkilatıdır. Təşkilatın rəsmi adı Bəsic Müqavimət Qüvvəsidir (Farsca: نیروی مقاومت بسیج). Bu təşkilat birbaşa dini liderdən əmr alır. Hazırda rəsmi dini mərasimlərin təşkil edilməsi, sosial xidmətin təşkili, əxlaq polisi və müxalif toplaşmaların yatırılması kimi fəaliyyətlər də daxil olmaqla daxili təhlükəsizlik qoşunlarının yardımçı qoşunu kimi fəaliyyət göstərir. İran İslam Respublikasının ali dini lideri Ayətullah Xameneinin fərmanı ilə 2016-cı ildən Briqadir Qulam Hüseyn Qeybpərvər İslam İnqilabı Keşikçiləri Korpusunun Bəsic Müqavimət Qüvvələrinin komandiridir.
Həmçinin bax İran İnqilab keşikçiləri Ordusunun Dəniz Qüvvələri İran İnqilab keşikçiləri Ordusunun Hava Qüvvələri İran İnqilabı Keşikçiləri Korpusunun Raket Qüvvələri İran İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunları Qüds qüvvələri
Kateqoriya:İran Silahlı Qüvvələri Kateqoriya:ABŞ tərəfindən terror təşkilatı olaraq tanınmış təşkilatlar Kateqoriya:İran etirazları (2025–2026) Kateqoriya:İranda insan hüquqları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu