Makedoniya Radiosu 1 – qısa formada "MR 1", həmçinin "Skopye Radiosu" () kimi də tatınır. Makedoniyanın ilk böyük radiostansiyası, 1944-cü ildən etibarən de-facto yayımlanır.

Tarixi Makedoniyada ilk radioyayım 1944-cü ildə, eksperimental ötürücülərin quraşdırılmasından sonra başlayıb. Yuqoslaviya təslim olunduqdan sonra yayım dayandırılsa da, Alman əsirliyində olan Bolqar radiostansiyaları fəaliyyətə başladı. 1944-cü ilin avqustunda Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş iclasında yazıçı Vlado Maleski gələcək Yuqoslaviya Respublikasında radiostansiya yaratmaq təklifini irəli sürdü. Bu səbəbdən Gorno-Vranovtsi kəndində canlı yayıma hazırlıq üçün texnik və jurnalistlər qrupu yiğılmışdı. Texniki avadanlıqlara Makedoniyada Yuqoslav Milli Azadlıq hərəkatı Ordusunun Baş Qərargahının zabiti Vasko Petkovski cavabdeh idi. 28 avqust 1944-cü ildə Makedoniyanın Milli Azadlıq Hərəkatına həsr olunmuş 2-ci Antifaşist konqresini yayımlayan "Skopye Radiosu" efirə buraxıldı. Yayım Amerikanın 20vatlı, SCR qısadalğalı ötürücüsü vasitəsilə həyata keçirildi. Bu gün radioteleviziyanın peşəkar bayramına çevrildi və "MRT günü"( Makedoniya Radio-televiziyası günü ) adını aldı. Radioda yayımlanan ilk sözlər aşağıdakı kimi idi: "Danışır Skopye Radiosu, danışır Skopye Radiosu!" Əziz dinləyicilər, sizə toplantı zalında Makedoniyanın Milli Azadlıq Hərəkatı üçün təşkil olunmuş Antifaşist konqresinin 2-ci iclasından canlı yayım edirik. Həmin il Skopyedə 200vatlıq gücündə ötürücü qoşuldu, 28 yanvar 1945-ci ildə isə müntəzəm yayım başlandı. 1970-ci ildə radiostansiya üçün yeni era hesab olunan 1MVt gücündə güclü ötürücü quraşdırıldı. Eyni zamanda, Skopyenin həm milli proqramı, həm də yerli xəbərlərinin yayımı başlandı: (ilk yayım 19 saat yarım, ikinci yayım isə - 4saat yarım oldu). Həmçinin proqramlar bolqar, yunan və alban dillərində də yayımlanırdı. 1933-cü ildən MRT teleradiokompaniyası Yuqoslaviya radio və televiziyasından ayrılaraq, müstəqil şəkildə fəaliyyət göstərdi.

Yayım Yayım ərazisi Hal-hazırda "Makedoniya Radiosu 1" 24 saat ərzində musiqi, əyləncə, məlumat, analitik və təhsil proqramlarını yayımlamaqla fəaliyyət göstərir. Gün ərzində 15:30 və 19:00-da xəbərlər buraxılışı yayımlanır. Bu, yalnız Makedoniyada deyil, Yunanıstan (Ege Makedoniya), Bolqarıstan, Albaniya (Mala Prespa və Golo Brdo) və Serbiya (Kosovo daxil olmaqla)da, eləcə də internet şəbəkəsində yayımlanır.

Yayım dilləri

Türk dili: 1945-ci ildən (5 saat) Alban dili: 1948-ci ildən (8,5 saat) Valaş dili: 1991-ci ildən (yarımsaat) Serb dili: 2003-cü ildən (yarımsaat; yalnız müstəqil Makedoniya radiostansiyası kimi ) Bosniya dili: 2003-cü ildən (yarımsaat)

Ədəbiyyat Makedoniya Radio Televiziyasının 50 illiyi münasibətilə monoqrafiya, 2014

Xarici keçidlər Yayımın tezliyi Makedoniya radio-televiziyası