Aqneş Keleti (; ) — Macar və yəhudi əsilli idman gimnastı və məşqçi. Olimpiya və dünya çempionu. Yay Olimpiya oyunlarında Macarıstanı təmsil edərək 5 qızıl medal, 3 gümüş medal və iki bürünc medal qazanmışdır və bütün dövrlərin ən yaxşı yəhudi əsilli Olimpiya oyunçusu kimi tanınır. Keleti İsrail vətəndaşlığı olan bütün idmançılardan daha çox medal qazanmışdır və Mark Spitzdən sonra ən çox Olimpiya medalı qazanan yəhudidir."Agnes Keleti" International Jewish Sports Hall of Fame"Agnes Keleti profile" Jews in Sports 1956-cı ildə təşkil olunan Yay Olimpiya oyunlarının ən uğurlu idmançılarından biri hesab olunur. 1957-ci ildə Keleti İsrailə köçüb

İdman karyerası Keleti yəhudidir və Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. 4 yaşında gimnastika ilə məşğul olmağa başlamışdır və artıq 16 yaşında Macarıstanın Milli Çempionu adını qazanmışdır. 1937 və 1956-cı illər arasındakı gimnastika karyerası ərzində 10 dəfə çempion titulunu əldə etmişdir."Whatever Happened to Agnes Keleti?" Gymnastic Greats, December 22, 1999"Agnes Keleti, Honoree" International Gymnastics Hall of Fame, 2002

Keleti 1940-cı ildə təşkil olunacaq Olimpiya oyunlarında Macarıstanı təmsil edəcək ən potensiallı idmançı hesab olunurdu. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbindən 1940 və 1944-cü illərdə keçirilməli olan Olimpiya oyunları təxirə salındı. 1941-ci ildə Arilər tayfasına mənsub olmadığı üçün gimnastika klubundan uzaqlaşdırıldı.Nike is a Goddess: The History of Women in Sports - Google Books Keleti müharibədən sağ çıxmaq üçün gizlənməyə məcbur oldu. Evli qadınların əmək düşərgələrinə cəlb olunmadığı haqqında gəzən söz-söhbətlərə əsaslanaraq 1944-cü ildə İstvan Sarkani ilə ailə həyatı qurdu. Sarkani 1930-cu illərdə gimnastika ilə məşğul olan macar idi. 1950-ci ildə boşandılar. Keleti müharibədən xilas olmaq üçün xristian bir qız olması haqqında kimlik alaraq kiçik bir kənddə qulluqçu kimi xidmət göstərdi. Onun anası və bacısı İsveç diplomat Raul Vallenberqin köməyi ilə gizlənərək xilas oldular. Atası və digər qohumları Auşvitz həbs düşərgəsində almanlar tərəfindən qətlə yetirildilər.Historical Dictionary of the Olympic Movement - Bill Mallon, Jeroen Heijmans - Google Books 1944-45-ci illərdə Budapeştin Sovet ordusu tərəfindən mühasirəyə alındığı vaxtlarda Keleti səhərləri erkən yuxudan oyanaraq öldürülən şəxslərin cəsədlərini toplayıb onları kütləvi məzarlığa aparırdı.

Müharibədən sonra Keleti violonçel ifa etməyə başladı və yenidən məşqlərə başladı. 1946-cı ildə ilk dəfə olaraq Macarıstan çempionu oldu. 1947-ci ildə Mərkəzi Avropanın gimnastı titulunu qazandı.XVI Olympiad: Melbourne/Stockholm 1956, Squaw Valley 1960 - Carl Posey - Google Books 1948-ci ildə keçiriləcək Yay Olimpiya oyunlarında Macarıstanı təmsil etmək üçün seçildi, lakin ayağında olan problemlərə görə oyunlara qoşula bilmədi. 1949-cu ildə keçirilən Dünya Universiteti oyunlarında 4 qızıl, bir gümüş və bir bürünc medal qazandı.

Məşqlərə davam etdi və ilk dəfə 31 yaşında 1952-ci ildə təşkil olunan Yay Olimpiya oyunlarında iştirak etdi. Dörd medal qazandı. 1956-cı ildə Avstraliyanın Melburn şəhərində təşkil edilən Olimpiya oyunlarında 6 medal qazandı. 35 yaşında Keleti idman gimnastikası tarixində medal qazanan ən yaşlı şəxs oldu. 1990-cı illərdə İsrailin Milli Gimnastika komandasında məşqçi kimi fəaliyyət göstərdi. 2005-ci ildən İsrailin Herzliya Pituah ərazisində yaşayıb.

2 yanvar 2025-ci ildə vəfat edib.

Həmçinin bax İdman gimnastikası

İstinadlar

Xarici keçidlər List of competitive results

Kateqoriya:Macarıstan gimnastları Kateqoriya:Olimpiya qızıl medalına sahib Macarıstan idmançıları Kateqoriya:1952 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1956 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:1956 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:Gimnastika üzrə dünya çempionları Kateqoriya:İsrail uzunömürlüləri Kateqoriya:Macarıstan uzunömürlüləri Kateqoriya:XX əsr macar yəhudiləri Kateqoriya:Olimpiya gümüş medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Macarıstan idmançıları Kateqoriya:Olimpiya medallı gimnastlar Kateqoriya:Macar dezertirlər Kateqoriya:Macarıstanın olimpiya gimnastları