Kapital (; tam adı: Kapital. Siyasi iqtisadın tənqidi () — Karl Marksın siyasi iqtisadiyyatın tənqidi barədə olan kitabı. Marksın ən mühüm əsərlərindən biridir. Üç cilddir. Marksın ölümündən sonra II və III cildləri dostu və həmkarı Fridrix Engels tərəfindən nəşr olunub.

Haqqında 1859-cu ildə Marks özünün siyasi iqtisadiyyatla bağlı ilk ciddi tənqidi əsəri olan "Siyasi iqtisadiyyatın tənqidinə töhfə" () kitabını dərc etdirir.Karl Marx, "A Contribution to the Critique of Political Economy" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 29, pp. 257–417. Bu əsər sadəcə onun daha sonra nəşr etmək niyyətində olduğu üç cildlik "Kapital" kitabının girişi kimi nəzərdə tutulmuşdu. Marks əsərdə iqtisadi təfəkkürün aksiomlarını və kateqoriyalarını tənqidi şəkildə araşdırmağa başlamışdı. Əsər oxucular tərəfindən coşğu ilə qarşılandı və satışa çıxan kimi tezliklə satılıb qurtardı.

"Siyasi iqtisadiyyatın tənqidinə töhfə" kitabının uğurlu satışı Marksı 1860-cı illərin əvvəllərində onun həyatı boyu ən əsas əsəri qismində çıxış edəcək üç böyük cilddən ibarət "Kapital", eləcə də siyasi iqtisadiyyat nəzəriyyəçilərini, xüsusilə də Adam Smit və David Rikardonu müzakirə və tənqid edən "İzafi dəyər nəzəriyyələri" () adlı əsərləri üzərində işi bitirməyə stimullaşdırırdı. "İzafi dəyər nəzəriyyələri" əsəri çox zaman "Kapital"ın dördüncü cildi kimi qəbul edilir və iqtisadi fikir tarixinə dair ilk əhatəli traktatlardan biri hesab olunur. 1867-ci ildə "Kapital"ın kapitalı tənqidi şəkildə təhlil edən birinci cildi nəşr olundu. "Kapital" muzdlu əməyin artımı, iş yerinin çevrilməsi, kapital yığımı, rəqabət, bank sistemi, mənfəət dərəcəsinin aşağı düşmə tendensiyası və torpaq icarəsi, habelə muzdlu əməyin kapitalın hökmranlığını davamlı olaraq necə təkrar ortaya çıxarması kimi mövzular vasitəsilə kapitalın yığılmasının dinamikasını təsvir edərək istehsal üsulunun keçmişdən gələcəyə qədər "hərəkət qanunları"nın izahını nəzərdə tuturdu. Marks qeyd edirdi ki, kapitalın hərəkətverici qüvvəsi haqqı ödənilməyən işləri izafi dəyərin əsas mənbəyini təşkil edən şəxslərin əməyinin istismarı ilə bağlıdır.

"Kapital"ın rus dilində nəşrinə olan tələbat tezliklə kitabın 27 mart 1872-ci ildə rus dilində 3000 nüsxə ilə çapına səbəb oldu. 1871-ci ilin payızına qədər "Kapital"ın alman dilindəki ilk nəşrinin bütün tirajları satılmış və kitab ikinci dəfə nəşr olunmuşdu.

"Kapital"ın II və III cildləri Marksın ömrünün sonunadək üzərində işləməyə davam etdiyi əlyazmalar olaraq qaldı. Hər iki cild Marksın ölümündən sonra Engels tərəfindən nəşr edilmişdi. Belə ki, əsərin II cildi 1893-cü ilin iyulunda Engels tərəfindən "II Kapital: Kapitalın dövriyyəsi prosesi" adı altında hazırlanıb dərc olundu.Karl Marx, "Capital II: The Process of Circulation of Capital" embodying the whole volume of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 36 (International Publishers: New York, 1997). III cild isə bir il sonra – 1894-cü ilin oktyabrında "III Kapital: Bütövlükdə kapitalist istehsalı prosesi" adı ilə nəşr edildi.Karl Marx, "Capital III: The Process of Capitalist Production as a Whole" embodying the whole volume of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 37 (International Publishers: New York, 1998). "İzafi dəyər nəzəriyyələri" əsəri o zamanlar geniş yayılmış "1861–1863-cü illərin iqtisadi əlyazmaları"ndan götürülmüşdü. Sonuncu "Kapital" üçün nəzərdə tutulmuş ikinci qaralama əsər olub "Marks və Engelsin əsərlərinin toplusu"nun 30–34-cü cildlərini əhatə edirdi. Daha dəqiq, "İzafi dəyər nəzəriyyələri" əsərlər toplusunun otuzuncu cildindən otuz ikinci cildinin sonuna qədər olan hissəni,Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 30 (International Publishers: New York, 1988) pp. 318–451.Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 31 (International Publishers: New York, 1989) pp. 5–580.Karl Marx, "Theories of Surplus Value" contained in the Collected Works of Karl Marx and Frederick Engels: Volume 32 (International Publishers: New York, 1989) pp. 5–543. daha geniş olan "1861–1863-cü illərin iqtisadi əlyazmaları" isə əsərlər toplusunun otuzuncu cildinin əvvəlindən otuz dördüncü cildinin birinci yarısına qədərki hissəni ehtiva edirdi. Əsərlər toplusunun otuz dördüncü cildinin digər yarısı isə "Kapital" üçün nəzərdə tutulmuş üçüncü qaralama əsər olan "1863–1864-cü illərin iqtisadi əlyazmaları"nın bugünədək çatmış fraqmentlərindən ibarətdir və onun da böyük bir hissəsi "Kapital"ın I cildinin "Penguin" nəşriyyatı tərəfindən çap olunmuş nəşrinə əlavə kimi daxil edilmişdi. "İzafi dəyər nəzəriyyələri" alman dilində ixtisar olunmuş şəkildə 1905 və 1910-cu illərdə dərc olunmuşdu. Bu ixtisar olunmuş nəşr sonralar ingilis dilinə tərcümə olunaraq 1951-ci ildə Londonda çap edilmişdi. "İzafi dəyər nəzəriyyələri" tam şəkildə, ixtisar olunmadan 1963 və 1971-ci illərdə Moskvada "Kapital"ın IV cildi kimi çapdan çıxmışdı.See note 228 on p. 475 of the Collected Works of Karl Marx and Frederick Engels: Volume 30.

Həmçinin bax Vladimir Lenin Kommunizm Fridrix Engels

İstinadlar

Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər Kateqoriya:Karl Marks Kateqoriya:Kapital Kateqoriya:Siyasi kitablar Kateqoriya:Sosializm tarixi Kateqoriya:İqtisadi düşüncənin tarixi Kateqoriya:Marksizm Kateqoriya:Marksist iqtisadi nəzəriyyəsi Kateqoriya:İqtisadiyyata aid kitablar Kateqoriya:Yazıçısının ölümündən sonra nəşr olunmuş kitablar Kateqoriya:Kommunist kitabları Kateqoriya:Tarixi materializm Kateqoriya:Fəlsəfə haqqında əsərlər