Tiago Miranda (; 5 yanvar 1989, Lissabon, Portuqaliya) və ya səhnə adı ilə Konan Oziriş () — Portuqaliya müğənnisi və bəstəkarı. O, 2019-cu ildə "Telemóveis" mahnısı ilə Portuqaliyanın RTP telekanalının Avroviziya üçün təşkil etdiyi Festival da Canção müsabiqəsinə qatılmış və ifa etdiyi mahnı ilə Portuqaliyada şöhrət qazanmışdır. Nəticədə Konan festivalda qalib gələrək həmin mahnı ilə Portuqaliyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququnu əldə etmişdir.

Musiqi karyerası 2011-ci ildə ifaçı Cathedral adlı debüt albomu ilə musiqi karyerasını başlatmışdır. Bundan başqa isə Konanın 2014-cü ildə Silk minialbomu, 2016-cı ildə Música, Normal və 2017-ci ildə isə Adoro Bolos albomları işıq üzü görmüşdür.

2019-cu ilin mart ayında keçirilən Portuqaliyanın Avroviziya milli seçim turunda "Telemóveis" mahnısı ilə qələbə qazanmışdır. O, həmin mahnı ilə ölkəsini Tel-Əvivdə keçirilən Avroviziya 2019-da təmsil etmişdir. Rəqqas həmkarı Joao Reiş Moreyra ilə birlikdə Avroviziyada səhnə alan Konan nəticədə yarımfinal mərhələsində lazımi miqdarda xal toplaya bilmədiyi üçün finala yüksələ bilməmişdir.

Konan Oziriş 18 iyul tarixində Portuqaliyanın Super Bock Super Rock 2019 musiqi festivalında çıxış edəcək. Həmçinin Konan Barbara Dex 2019 mükafatının sahibidir.

Mükafatlar İlMükafatKateqoriyaNəticə2019PLAY — Portuguese Music AwardsƏn yaxşı yeni ifaçı

Diskoqrafiya

Albomlar Albom adı İl Cathedral 2011 Música, Normal 2016 Adoro Bolos 2017

Mini-albomlar Albom adı İl Silk 2014

Sinqllar Mahnı adı İl "Telemóveis" 2019

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019 Avroviziya Mahnı Müsabiqəsi Kateqoriya:Portuqaliyada doğulanlar Kateqoriya:Portuqaliya müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Portuqaliyanın "Avroviziya" təmsilçiləri