Güləyən qağayı və ya böyük qarabaş qağayı – qağayıkimilər fəsiləsinə aid quş növüdür.

Təsviri Olduqca iri ölçülü qağayı növüdür. Uzunluğu 58–67 sm, qanad açıqlığı isə 146–162 sm olur. Qamışlıqlarda, göl adalarında, dəniz sahilində iri koloniyalar halında yerdə 2–4 yumurta qoyaraq yuvalayır.

Ekologiyası Bu quşlar balıqla, xərçəngkimilərlə, həşərat və hətta kiçik məməlilərlə qidalanır. Güləyən qağayı "Afrika-Avrasiya köçəri su quşunun qorunması haqqında saziş ("AEWA") tətbiq olunan növlərdən biridir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ichthyaetus Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1773-cü ildə təsvir edilən heyvanlar