Aida Predele (; ) — latviyalı dövlət və siyasi xadim; Latviya Seyminin V (1993–1995), VI (1995–1998) və VII (1998–2002) çağırış üzvü.
Həyatı Aida Predele 1950-ci il noyabrın 29-da Smiltene şəhərində anadan olub. O, 1974-cü ildə Latviya Universitetini jurnalist ixtisası üzrə bitirib.
Aida Predele 1982-ci ildən 1987-ci ilə qədər Kommunist Partiyasının, 1993-cü ildən 1997-ci ilə qədər Latviyanın Kəndçi Birliyinin, 1998-ci ildən 2011-ci ilə qədər isə "Vətənə və azadlığa" Partiyasının üzvü olub.
Aida Predele 2015-ci il iyulun 19-da Riqa şəhərində 64 yaşında vəfat edib.
Fəaliyyəti 1993-cü ildə Latviyanın Kəndçi Birliyinin üzvü olan Aida Predele, V çağırış Latviya Seyminə üzv seçildi.
1995-ci ildə "Vətənə və azadlıqa" Partiyasının üzvü olan Aida Predele, VI çağırış Latviya Seyminə, 1998-ci ildə isə VII çağırış Latviya Seyminə üzv seçildi.
İstinadlar
Kateqoriya:Latviya siyasətçiləri Kateqoriya:Latviya Seyminin V çağırış deputatları Kateqoriya:Latviya Seyminin VI çağırış deputatları Kateqoriya:Latviya Seyminin VII çağırış deputatları