Əli Məmməd oğlu Salahlı (Salayev) () — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000).

Həyatı Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib.

Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.

İfa etdiyi əsas rollar Tamaşa Müəllif Rol Tamahkar Süleyman Sani Axundov Hacı Murad Alov Mehdi Hüseyn Cəlal Qaşqay Vaqif Səməd Vurğun Vidadi Sənsiz Şıxəli Qurbanov Tərlan Bəxtsiz cavan Əbdürrəhim bəy Haqverdiyev Musa Hacı Qəmbər Nəcəf bəy Vəzirov Hacı Qəmbər Arvadımın əri Georgi Xuqayev Elbrus Qatır Məmməd Zeynal Xəlil Əziz Qəhrəmanlıq xronikası Baba Rzayev Mehmandarov Məhv olmuş gündəliklər İlyas Əfəndiyev Qənimət Mahnı dağlarda qaldı İlyas Əfəndiyev Bayram bəy Bahalı oğlan Sergey Mixalkov Makintoş Kəndçi qızı Mirzə İbrahimov Sarvan Ölüm hökmü Əli Səmədli Ata

Filmoqrafiya Durnalar qayıtdı (film, 2003)

Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 28 oktyabr 2000

İstinadlar