Bulqan nekropolu — Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri ərazisisində eyniadlı kəndin yaxınlığında nekropol.

Tarixi Burada aparılan qazıntılar zamanı sənduqə tipli bir neçə qəbirüstü abidəyə təsadüf edilmişdir. Qəbirlərin əksəriyyəti batmış və yerində dördkünc çalalar saxlanmışdır. Əksər qəbirlərin başdaşları düşmüşdür. Onların bəzisində yuxarısı tağvari formada tamamlanan başdaşıları olmuşdur. Nekropoldan müasir dövrədək Bulqan əhalisi tərəfindən istifadə edilmişdir. Onu XII–XIX əsrlərə aid etmək olar.Vəli Baxşəliyev. Naxçıvanın arxeoloji abidələri. Bakı: Elm, 2008, səh. 98.

İstinadlar

Kateqoriya:Naxçıvan nekropolları