Vladivostok Beynəlxalq Hava Limanı () — Rusiyanın Artyom şəhərinin yaxınlığında yerləşən beynəlxalq hava limanı. Vladivostok şəhərindən 44 km şimalda yerləşir. Kneviçi Hava Limanı olaraqda adlandırılır.
Tarixi Hava limanı 1931-ci ildə Artyom şəhərinin yaxınlığında tikilmişdir. Ticarət uçuşları 1932-ci ilin yayında başlamışdır. İkinci Dünya müharibəsindən sonra 10 il ərzində Po-2 və W-2 təyyarələri aviakimya işlərində və geoloq və meşə-patrul xidmətində balıqlar üçün sahil kəşfiyyatlarında geniş istifadə olunmuşdur. Moskva-Vladivostok marşrutu üzrə sərnişin reysləri 1948-ci ildə İlyushin İL-12-dən istifadə etməklə başlamışdır.
1959-cu ildən 1964-cü ilədək, böyük təyyarələrlə müntəzəm uçuşlara imkan verən obyekt kompleksləri tikilib.
Genişləndirilməsi və müasirləşdirilməsi Hava limanının "B" terminalı 2005–2006-cı illərdə tamamilə yenilənmişdir. Yenilənmiş terminal 19 dekabr 2006-cı ildə açılmışdır. Federal və regional hökumətlər Vladivostok Beynəlxalq Hava Limanını Vladivostokun cənubundakı Russkiy adasında keçiriləcək APEC Russia 2012 sammitindən əvvəl yenidən qurmağı planlaşdırmışdır. 2012-ci ildə 7 milyard rubl dəyərində yeni bir terminal (A) inşa edilmişdir. Bu yeni terminal binasının həcmi ildə 3,5 milyon sərnişin daşıyır. Uçuş-enmə zolağı 07R/25L, 3500 metr səviyyəsində yenidən qurulmuş və genişlənmişdir və bu hər bir təyyarə tipini qəbul etməyə qadirdir.
İstinadlar
Xarici keçidlər
Vladivostok Avia saytında məlumat
Airport Vladivostok Aviateka. Handbook
Kateqoriya:Rusiya hava limanları Kateqoriya:SSRİ hərbi aerodromları