Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvimi, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (, ət-təqviməl-hicri).
Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir.
Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi:
إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ
(Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).Quran, Tövbə surəsi, 36-cı ayə..
Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 sentyabr 622-ci il tarixdən nömrələnir. Təqvimdə sıfırıncı il yoxdur; birinci il, yaxud hicri erası 16 sentyabr 622-ci il tarixində başlayır. Bu era ilk olaraq Məhəmməd peyğəmbərin ölümündən 5 il sonra – 637-ci ildə, Xilafətdə rəsmən illərin nömrələnməsi üçün qəbul olunmuşdur.
1925-ci ildə İranda rəsmən Hicri-şəmsi təqviminə keçilməsindən sonra, İranda, Əfqanıstanda və Azərbaycanda Hicri təqvim daha çox "Hicri-qəməri təqvim" adlanmağa başladı. Hicri-qəməri təqvimində göstərilən tarix internetin meydana çıxmasına qədər tam dəqiqliyi ilə yalnız mürəkkəb yollarla – sinxron cədvəllər vasitəsilə, Qriqori təqviminə çevrilə bilərdi. Hazırda isə internetdəki bəzi saytlar vasitəsilə bu əməliyyatı çox asanlıqla icra etmək mümkündür.
Hicri-qəməri təqvimdəki ayların adı Ay Azərbaycanca İngiliscə Ərəbcə Gün Müxtəsər Birinci ay Məhərrəm Muharram ul Haram محرم 30 M İkinci ay Səfər Safar ul Muzaffar صفر 29 S Üçüncü ay Rəbiuləvvəl Rabi' al-awwal ربيع الأول 30 Ra Dördüncü ay Rəbiulaxır Rabi' al-thani ربيع الثاني 29 R Beşinci ay Cəmadiyələvvəl Jumada al-awwal جمادى الأولى 30 Ca Altıncı ay Cəmadiyəlaxır Jumada al-thani جمادى الثانية 29 C Yeddinci ay Rəcəb Rajab رجب 30 B Səkkizinci ay Şaban Sha'aban شعبان 29 Ş Doqquzuncu ay Ramazan Ramadan رمضان 29 və ya 30 R Onuncu ay Şəvval Shawwal شوال 29 L Onbirinci ay Zilqədə Dhū al-Qaʿda ذو القعدة 30 Za Onikinci ay Zilhiccə Dhū al-Hijjah ذو الحجة 29 ya da 30 Z
Həftənin günlərinin adları gün Ərəbcə Azərbaycanca 1 يوم الأحد yəvmu-l əhəd Bazar 2 يوم الإثنين yəvmu-l isnəyn Bazar ertəsi 3 يوم الثُّلَاثاء yəvmu-l sulasə Çərşənbə axşamı 4 يوم الأَرْبِعاء yəvmu-l ərbəə Çərşənbə 5 يوم الخَمِيس yəvmu-l həmis Cümə axşamı, yaxud Adna 6 يوم الجُمُعَة yəvmu-l cumuə Cümə 7 يوم السَّبْت yəvmu-s səbt Şənbə
Həmçinin bax İran təqvimi
İstinadlar
Xarici keçidlər Hicri təqvimi Miladiyə və Rumiyə, Rumi və Miladini isə Hicriyə çevirmək üçün onlayn sinxron cədvəl (türkcə).
Kateqoriya:Təqvimlər Kateqoriya:Ərəb ixtiraları Kateqoriya:İslam tarixi Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:İslam terminləri