Lendava (, ) — Sloveniyanın Prekmure regionunda yerləşən şəhər. 1955-ci ildə şəhərin adı Dolnja Lendavadan Lendavaya dəyişdirilmişdir.Spremembe naselij 1948–95. 1996. Database. Ljubljana: Geografski inštitut ZRC SAZU, DZS.

Sloveniyada macarların məskunlaşdığı əsas mərkəzlərdən biridir. Memar İmre Makoveç tərəfindən inşa edilən Macarıstan İcma Mərkəzi və teatrı ilə məşhurdur.

Demoqrafiyası 2002-ci il siyahıyaalınmasına əsasən, şəhərdə əhali aşağıdakı dillərdə danışır: Sloven dili 5,516 (49.47%) Macar dili 4,390 (39.37%) Digər Avropalılar və başqaları 1,245 (11.16%) Ümumi 11,151

Tarixi thumb|left|90px|1925-ci ilə kimi istifadə olunan macar möhürü Alsólendva 1918-ci ilə kimi Macarıstan Krallığında Zala əyalətində yerləşən bölgə idi.Handbook of Austria and Lombardy-Venetia Cancellations on the Postage Stamp Issues 1850-1864, by Edwin Mueller, 1961. 1941-1945-ci illərdə yenidən Macarıstanın tərkibinə daxil edildi.

Yəhudilərin icması thumb|Lendava sinaqoqu 18-ci əsrdə şəhərin siyahıyaalınmasına əsas burada iki yəhudi tacirin olduğu müəyyənləşmişdir. Həmin siyahıyaalınmada şəhərin ərazisində yəhudi əsilli tacirlərin, hüquqşünasların, həkimlərin yaşadığını görmək olar. Onlar Lendava şəhərinin iqtisadiyyatının inkişaf etdirilməsində mühüm rol oynamışdılar. Yerli yəhudilər Lendavada ilk bankı açmışdılar. Şəhərin ərazisində yəhudi məktəbi 1850-ci ildə açılmış və 1921-ci ilə kimi fəaliyyət göstərmişdir.

Lendava şəhərindəki sinaqoq Sloveniya ərazisində tərk edilmiş iki sinaqoqdan biridir.

Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Lendava aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

Zalaeqerseq, Macarıstan

Həmçinin bax Zalaeqerseq

İstinadlar

Xarici keçidlər

Lendava, official page of municipality (in Slovene and Hungarian) Lendava , Daily news and videos from Lendava

Kateqoriya:Sloveniya şəhərləri