Famil Kamil oğlu Sadıqov () — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti.

Həyat və fəaliyyəti F. Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümum-Rusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir.

1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur.

2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir.

2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadçıları