Arılıqbinə məbəd kompleksi — Balakəndən Gürcüstana gedən magistral yolun sağında, dağın ətəyində, son dərəcə mənzərəli bir yerdə, rayon mərkəzindən 5 km qərbdə, yoldan 1 km şimalda yerləşir. Əsas kilsə binası qismən salamatdır və çox keyfiyyətli kərpiclə tikilib. Təxminən 4 hektar sahədə çay daşı və hasar daxilindəki ərazidə çoxsaylı tikili qalıqları, o cümlədən xeyli qəbirlər vardır. Məbəd Qafqaz Albaniyasının maddi-mədəniyyət abidələrindəndir.
İstinadlar
Kateqoriya:Alban monastırları Kateqoriya:Balakən abidələri Kateqoriya:XIII əsrə aid monastırlar Kateqoriya:Azərbaycan monastırları Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri