II Qaraburc yaşayış yeri —Eyni adlı kəndin içərisində yerləşir. Hazırda Orta əsr tikintilərinin qalıqları kəndin mərkəzində təpə şəklində qalmışdır. Mədəni təbəqənin dağılması nəticəsində bəzi tikinti qalıqları üzə çıxmışdır. Tikinti qalıqlarına əsasən demək olar ki, binalar möhrədən və kvadrat formalı çiy kərpicdən inşa edilmişdir. Yaşayış yerinin cənub tərəfində təbəqənin dağılması nəticəsində yaranan kəsiklərdə kül yığınları, möhrə və çiy kərpic tikintilərinin qalıqları, bad qırıqları görünməkdədir. Aşkar olunan keramika məmulatı çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz qabların parçalarından ibarətdir. Yaşayış yerinin mərkəzində olan ziyarətgah indiyədək qalmışdır. Xalq arasında ziyarətgahı "Mirim ocağı" adlandırırlar. Arxeoloji materiallara əsaslanaraq yaşayış yerini XIV–XVIII əsrlərə aid etmək olar.
İstinadlar
Kateqoriya:Şərur rayonunun qədim yaşayış yerləri