thumb|right|200px|Silverstoun trası

Böyük Britaniya Qran-prisi () - Formula-1 avtomobil yarışları üzrə dünya çempionatının mərhələrindən biri.

Ümumi məlumat Britaniya Qran-prisi ilk dəfə 1926-cı ildə Bruklends trasında keçirilmişdir. Bruklends trası 1907-tikilib, avtoidman üçün yaradılmış ilk sahə və Britaniyada ilk avtodromlardan biridir.

1948-ci ildə yarış Northemptonşir qraflığında, Silverstoun kəndi yaxınlığındakı eyni adlı trasda keçirilir. Elə bu trasda 1950-ci ildə keçirilmiş qran-pri Formula-1 tarixində ilk çempionatdır.

Ümumilikdə Britaniya Qran-prisinin keçirildiyi tras bir-neçə dəfə dəyişdirilib. Silverstoun trası 1948-ci ildən etibarən müəyyən fasilələrlə indiyə kimi istismar edilir. 1955-1962-ci illərdə Eyntri, 1964-1986-cı illər aralığında isə Brends-Hetç traslarından istifadə edilmişdir.

Qaliblər

Pilotlar

Qələbə sayı Pilot İl8 Lyuis Hemilton 2008, 2014, 2015, 2016, 2017, 2019, 2020, 2024 5 Cim Klark 1962, 1963,1964,1965,1967 Alen Prost 1983, 1985, 1989, 1990, 1993 4 Naycel Mensel 1986, 1987, 1991, 1992 3 Cek Brebem 1959, 1960, 1966 Niki Lauda 1976, 1982, 1984 Mihael Şumaxer 1998, 2002, 2004 2 Alberto Askari 1952, 1953 Xose-Froylan Qonzalez 1951, 1954 Stirlinq Moss 1955,1957 Ceki Styuart 1969, 1971 Emerson Fittipaldi 1972, 1975 Jak Vilnyov 1996, 1997 Devid Kulthard 1999, 2000 Fernando Alonso 2006, 2011 Mark Vebber 2010, 2012 Sebastyan Fettel 2009, 2018

Komandalar

Qələbə sayı Komanda İl 17 Ferrari 1951, 1952, 1953, 1954, 1958, 1961, 1976, 1978, 1990, 1998, 2002, 2003, 2004, 2007, 2011, 2018 14 McLaren 1973, 1975, 1977, 1981, 1982, 1984, 1985, 1988, 1989, 1999, 2000, 2001, 2005, 2008 10 Williams 1979, 1980, 1986, 1987, 1991, 1992, 1993, 1994, 1996, 19979 Mercedes 1955, 2013, 2014, 2015, 2016, 2017, 2019, 2020, 2024 8 Lotus 1962, 1963, 1964, 1965, 1967, 1968, 1970, 1972 3 Red Bull 2009, 2010, 2012 2 Delage1926, 1927 Maserati1948, 1949 Cooper 1959, 1960 Tyrrell 1971, 1974 Renault 1983, 2006

İstinadlar Böyük Britaniya Qran-prisi rəsmi web səhifəsi FİA-nın rəsmi web səhifəsi

Həmçinin bax "Formula-1" Qran-pri siyahısı

Kateqoriya:Formula 1 Qran-priləri