Cvaris Mama kilsəsi () – Tbilisinin Qədim şəhər hissəsində, Kote Abxazi küçəsi 41 ünvanında yerləşən Gürcü pravoslav kilsəsi.
Düzbucaqlı plana və kərpic günbəzə malik kiçik ölçülü məbəd, şərq-qərb oxu üzrə (9,25 × 13,15 m) yerləşir.
Tarixi Bina, Tbilisinin ən qədim dini tikililərindən biri hesab edilir (Platon İoselianinin sözlərinə görə, kilsə Vaxtanq Qorqasalının sifarişi ilə V əsrdə inşa edilmiş biridir. Digər kilsələr isə Sioni, Ançisxati, Xaçın ucaldılması, Zemo Betlemi və Mixail Arxangel kilsələridir. Kilsə Yerusəlimdəki Müqəddəs Xaç gürcü monastırının kimayəsi altında inşa edilmişdir.
Cvaris Mama kilsəsi də, digər Tbilisi kilsələri kimi, dəfələrlə dağıntılara məruz qalmış, XIV əsrdə monqolların yürüşü, 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın Tbilisini ələ keçirməsi zamanı ciddi zədələnmişdir. Müasir kilsə binasının əsas elementləri 1825-ci ilə aiddir. Kilsənin interyerində XIX əsrə aid freskalar saxlanmışdır.
1921-ci ilə kimi kilsə Yerusəlim patriarxına tabe olmuşdur.
İstinadlar
Ədəbiyyat Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015. 174 с. ISBN 977-5-4386-0854-7 მ. ქუთათელაძე, "თბილისის ტაძრები", ტ. I, თბ., 2010 გვ. 24–29 ვ. ბერიძე, XVI–XVIII საუკუნეების ქართული საეკლესიო ხუროთმოძღვრება, თბ., 1994 ნ. გენგიური, კუპელჰალე, თბ., 2005 ირ. გუნია, მცხეთა-თბილისის ეპარქიის ტაძრები, თბ., 2002
Xarici keçidlər Тбилиси. Церковь Святого Креста. Джварис Мама, Мамаджвари
Kateqoriya:Gürcüstandakı gürcü pravoslav kafedralları Kateqoriya:Qədim Tbilisi Kateqoriya:Tbilisinin görməli yerləri Kateqoriya:Tbilisi kilsələri Kateqoriya:V əsrə aid kilsələr Kateqoriya:VI əsrə aid kilsələr Kateqoriya:Tbilisidəki gürcü pravoslav kilsələri Kateqoriya:Gürcüstandakı pravoslav kilsələri Kateqoriya:VI əsr memarlığı