Arnavutköy () — İstanbul ilinin ilçəsi. İstanbulun qərbində, Avropa hissəsində yerləşir. Qara dəniz sahilinə yaxındır.Arnavutköy Belediyesi Resmi - Arnavutköy hakkında . İstifadə tarixi 20 Aprel, 2019

Tarixi Şəhərin qurulmasının dəqiq vaxtı məlum deyil, lakin mənbələr və xəritələr artıq 1850-ci illərdə şəhərin yerləşdiyi ərazi üçün Arnavutköy adını istifadə edirlər. Şəhərin adı arnautlardan gəlir və "Arnaut kəndi" deməkdir, baxmayaraq ki, onlarla əlaqələri çox zəifdir, demək olar ki, heç yoxdur. 1922-ci ilə qədər bu ərazidə yunanlar məskunlaşmışdı, lakin yunanların mübadiləsi nəticəsində onları köçürmüş, onların evlərinə isə Yunanıstandan köçürülmüş türklər yerləşdirilmişdi. Hər bir evin fərdi adı var idi. Qəsəbədə məktəb, mağaza və kafe var idi. Arnavutköy İstanbuldan Avropaya gedən əsas quru yol üzərində yerləşirdi və sərnişinlər vaxtaşırı burada nəqliyyatın olmaması, yaxud yol hərəkət üçün bağlı olduqda dayanmalı olurdular.Arnavutköyün politikası. Tarihi . İstifadə tarixi 20 Aprel, 2019

1951-ci ildə 350 yeni ev tikilmiş və qəsəbə regional mərkəzə çevrilməyə başlamışdır. Şəhərin əhalisinin artımı Anadolunun kənd əhalisinin şəhərlərə miqrasiyası ilə əhəmiyyətli dərəcədə sürətlənib və 22 mart 2008-ci ildə Arnavutköy rəsmi olaraq İstanbulun rayonlarından birinə çevrilmişdir.

İcra hakimləri

Həsən Kayım Anavətən Partiyası 1987-1989 Bəxtiyar Sağlam Rəfah Partiyası 1989-1999 Bayram Əminəl Demokratik Sol Partiyası 1999-2004 Əhməd Haşim Baltacı Ədalət və İnkişaf Partiyası 2004-günümüz

Siyasət

Bələdiyyə seçimləri Arnavutköy İcra hakimləri və partiyalarıArnavutköy Yerel Seçimler 2009-2019 Sonuçlar - Partiler, Başkanlar, İller ve İlçeler . Yerelnet.org.tr. İstifadə tarixi: 20 Aprel, 2019 İlİcra hakimi Partiya Faiz 2009Ahmet Haşim BaltacıAKP%40,822014Ahmet Haşim BaltacıAKP%51,652019Ahmet Haşim BaltacıAKP%57,73

Ümumi seçimlər İlPartiyaFaiz2011AKP%612015AKP%502015AKP%63

İstinadlar

Xarici keçidlər

Arnavutköy İcra Hakimiyyəti Rəsmi T.C İstanbul Rəsmi - Arnavutköy Tanıtım videosu

Həmçinin bax

Kateqoriya:İstanbul ilinin ilçələri Kateqoriya:2008-ci ildə yaranmış dövlətlər və ərazilər