D1 avtomobil yolu () — Slovakiyada avtomobil yolu. Magistral Bratislavadan başlayıt, Trnava, Trençin, Puxov, Jilina, Martin, Poprad, Preşov, Koşitse və Mixalovtse şəhərlərindən keçir, Slovakiya–Ukrayna sərhədində sona çatır. Yolun 515,621 km-dən artıq 365,789 km-i tikilib ki, bu da yolun 71%-nin hazır olması deməkdir.
O, D2 (Bratislava), D3 (Jilina) və D4 (Bratislava) avtomagistrallarını, həmçinin R1 (Trnava), R2 (Trençin), R3 (Martin), R4 (Preşov) və R6 (Puxov) avtomobil yollarının üzərindən keçir; Avropa E50, E58, E75 və E571 marşrutlarının bir hissəsidir.
Avtomobil yolu ödənişlidir və avtomobilin qabaq şüşəsində avtomobil üçün giriş icazə vərəqəsinin olması tələb edilir (Bratislavanın bir sıra zonaları istisna olmaqla).
Tarixçəsi Avtomobil yolunun inşası haqqında ilk planlar 1930-cu illərdə ortaya çıxdı. Müharibəyə qədər Slovakiyada heç nə tikilməmişdi. Müharibə başladıqdan sonra bu iş təxirə salındı. Müharibənin bitməsindən sonra tikinti bir müddətlik yenə donduruldu və yalnız 1960-cı illərdə yenidən inşası bərpa edildi. Avtomobil yolunun Çexiya hissəsində tikinti 1967-ci ildə, Slovakiya hissəsində isə 1973-cü ildə başlamışdır.
1972-ci ildə Bratislava—Senets (o zaman D61) sahəsində tikinti işlərinə başlanılmış, 1970-ci illərdə isə yolu Trnavaya qədər tikmişlər (36 km uzunluğunda). 1980-ci ildə Presşov—Kosice sahəsi əlavə edildi.
Əsas ötürücüləri D1 avtomobil yolunun əsas ötürücüləri 35px|link=Автомагистраль D2 (Словакия) 25px (0) Bratislava — Peçna İstismar 35px|link=Автомагистраль D4 (Словакия) 25px (15) İvanka — Dunai Planlaşdırılır 35px|link=Автострада R1 (Словакия) 25px (50) Trnava İstismar 35px|link=Автострада R2 (Словакия) 25px (119) Xoxolna — Velçiça Planlaşdırılır 35px|link=Автострада R6 (Словакия) 25px (159) Beluşa İstismar 35px|link=Автомагистраль D3 (Словакия) 25px (187) Dolnı — Xriçov İstismar 35px|link=Автострада R3 (Словакия) 25px (218) Martin İstismar 35px|link=Автострада R3 (Словакия) 25px (242) Rujomberok (qərb) Planlaşdırılır 35px|link=Автострада R1 (Словакия) 25px (248) Rujomberok — Martinçek Planlaşdırılır 35px|link=Автострада R4 (Словакия) 25px (400) Preşov (qərb) Planlaşdırılır 35px|link=Автострада R2 (Словакия) 25px (433) Koşiçe — Olşanı Planlaşdırılır Körpülər thumb|300px|Bratislava regionunda keçən D1 avtomobil yolunun bir hissəsi thumb|300px|Trnavadaki R1 və D1 avtomobil yollarının kəsişməsi thumb|300px|Siladiçe bölgəsindən keçən D1 avtomobil yolunun bir hissəsi thumb|204x204px|Avtomobil yolunun kənarında qatar yoluSlovakiyada D1 avtomobil yolunda yerləşən körpü və keçidlər:
Tunellər Slovakiyada D1 avtomobil yolunda yerləşən tunellər:
Ovçiarsko tuneli (2275 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açlımışdır) Zilina tuneli (651 m, 7/2014 tarixindən etibarən təmirdə, 2018-ci ildə açılmışdır) Vişnove tuneli (7460 m, 2015-ci ildən etibarən təmirdə, 2019-cu ildə açılmışdır) Korbielka tuneli (5 859 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir) Havran tuneli (2702 m, planlaşdırılır, 2024-də açılacağı gözlənilir) Cebrat tuneli (2080 m, işlər dayandırılıb, ilk dəfə 2020-ci ildə açılacağı gözlənilirdi) Luçivna tuneli (250 m, 2007-ci ilin noyabr ayında açılmışdır) Borik tuneli (999 m, 2009-cu ildə açılmışdır) Sibenik tuneli (600 m, 2015-ci ildə açılmışdır) Branisko tuneli (4975 m, 2015-ci ildə 2 xəttli açılmışdır) Presov tuneli (2244 m, planlaşdırılır, 2019-cu ildə açılmışdır) Dargov tuneli (1050 m, planlaşdırılır, açılma ili mövcud deyil) Qalereya
Həmçinin bax
D1 avtomobil yolundaki tunel, körpü, keçidlərin siyahısı (ingiliscə) Slovakiya Milli Avtomobil Yolları Şirkəti (slovakca)
Kateqoriya:Slovakiya yolları