"Taksi 5" (fr. Taxi 5) — Frank Qastambid tərəfindən yaradılan komediya filmi. Filmin premyerası 12 aprel 2018-ci ildə baş tutub. Rusiyada filmin sərbəst buraxılması 10 May 2018-ci ildə baş tutub.

Süjet Film əvvəlki filmin (Taksi 4) hadisələrindən 10 il sonra baş verir.

Paris Polis müfəttişi Silven Maro Fransanın paytaxtının ən yaxşı polis müfəttişlərindən biri hesab olunur və istənilən cinayətkarı tuta bilir. O, xüsusi qüvvələrdə xidmət etmək arzusundadır, lakin tapşırıqlarından biri zamanı onu Paris bələdiyyə başçısını həyat yoldaşı ilə birlikdə görürlər və rəhbərlik Maronu Marselin bələdiyyə polis bölməsinə yollayır. Köhnə polis işçisi, indi isə Marselin bələdiyyə sədri olan Gibert, Silvenə Ferrarilərlə şəhəri alt-üst edən cinayətkar dəstənin qarşısını almağı tapşırır. O, bu işin öhdəsindən layiqincə gəlmək üçün əfsanəvi taksi sürücüsü olan Danielin qardaşı oğlu Ediyə müraciət edir . Rollarda

Frank Qastambid — polis müfəttişi Silven Maro Malik Bentlaxa — taksist Eddi Makluf, Danielin qardaşı Sabrina Uazani — Samia Makluf, Danielin bacısı Bernar Farsi — Marselin bələdiyyə başçısı Eudar Montut — polis müfəttişi Alen Trezor, Emilin dostu Ramzi Beida — Raşid Salvador Espozito — Toni Doq Anuar Tubalu — Mişel Petruçiani

Davamı Frank Qastambid "Daxildə 50 dəqiqə"yə müsahibəsində bildirib ki, əgər "Taksi 5" yaxşı gəlir əldə etsə, onun növbəti işi "Taksi 6" olacaq.

Taksi 5 filmi yaxşı gəlir əldə etsə də, "Premyera" qəzetinə müsahibəsində Sami Naseri demişdir ki, Lük Besson köhnə komandanı toplayarsa "Taksi 6-da" çəkilməyə hazıram. Lakin sonradan aktyor Frank Qastambidlə işləməkdən qəti imtina etdiyini deyib.

2018-ci il Dinar Film Festivalında Sabrina Uazani altıncı filmin planda olduğunu təsdiqləyib, lakin buraxılış tarixi və çəkilişlərin başlanması hal-hazırda məlum deyil.

Saundtrek

İstinadlar

Kateqoriya:Fransızca filmlər Kateqoriya:Fransada çəkilən filmlər Kateqoriya:Avropada çəkilən filmlər Kateqoriya:2018-ci ilin filmləri Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Parisdə çəkilən filmlər Kateqoriya:Fransa filmləri Kateqoriya:Fransanın komediya filmləri