Mor Yokai (; ) — Macarıstan dramatisti, romançı və inqilabçısı. Peşt şəhərində 1848-ci ildə başlanan Macarıstan Liberal İnqilabının fəal iştirakçısı və lideri olmuşdur. Yokainin romantik üslubda yazılan romanları Viktoriya dövründə İngiltərənin elit təbəqələri arasında məşhurlaşdı; ingilis mətbuatında onu Çarlz Dikkens ilə müqayisə edirdilər. Onun ən məşhur pərəstişkarlarından və heyranlarından biri də elə Kraliça Viktoriyanın özü idi.

Həyatı Macarıstan krallığının Komarom (hazırda Slovakiyanın Komarno şəhəri) şəhərində anadan olmuşdur. Atası Jozef qədim Yokai ailəsinin Asva qolunun nümayəndəsi idi.

12 yaşı olarkən atasının vəfat etməsindən sonra ailəsi Mordan atasının sənətini davam etdirməsini istədi. Beləliklə, Mor hüquq sənətinə yiyələndi və hüquqşünas kimi ilk işində uğur qazandı.

Xatirəsi 1925-ci ilin 1 fevralında Macarıstan hökuməti tərəfindən Mor Yokainin şərəfinə üç poçt möhürü istifadəyə verildi.https://colnect.com/en/stamps/list/country/6955-Hungary/year/1925

Əsərləri

Romanları "Adi günlər" / (1846) "İnqilab və döyüş səhnələri" / (1850) "Qaçağın gündəliyi" / (1851) "Transilvaniyanın qızıl əsri" / (1852) "Macarıstanda türk dünyası" / (1853) "Macar nüvvabı" / (1853—1854) "Yeniçərlərin son günləri" / (1854) "Zoltan Karpati" / (1854) "Kasıb zənginlər" / (1860) "Yeni mülkədar" / (1862) "Biz qocalanda" / (1865) "Daş ürəkli adamın oğulları" / (1869) "Qızıl almazlar" / (1870) "Qızıl adam" / (1872) "Gələcək əsrin romanı" / (1872—1874) "Adsız qəsr" / (1877) "Fırıldaqçı Quqo fon Habenixtin macəraları" / (1879) "Dəniz gözlü xanım" / (1890) "Rakotsinin cavanlığı" / (1892) "Dyord qardaş" / (1893) "Başqa zamanlar — başqa dəblər" "Edam kürsüsünə qədər sevgi" "Tanrının hökmü" "İki dəfə ölmək" "Qəlbin əzadarı" "Buz altında 20000 il" / "Ruhların əhliləşdiricisi"

Kiçik prozası "Vəhşi güllər" / Vadon virágai (1848, hekayə toplusu) "Sarı qızlgül" / Sárga rózsa (1893, povest) "Xəyal və həyat" (povest) "Qəbristanlıq kabusları" (hekayə)

İstinadlar

Xarici keçidlər

Works by Mór Jókai at Hungarian Electronic Library

Mór Jókai's works: text, concordances and frequency lists

Yokai Yokai Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri