1967 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 12-ci Avroviziya Mahnı Müsabiqəsidir. Udo Yürqensin ifa etdiyi "Merci, Chérie" mahnısı ilə 1966 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1967-ci ildə Avstriya müsabiqəyə ilk dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Vyana şəhərində Großer Festsaal der Wiener Hofburg-da keçirilmişdir. Müsabiqə 1967-ci ilin 8 aprel tarixində baş tutmuşdur.

1967-ci ildə Danimarka Avroviziyada iştirakdan imtina etdi və dövlət kanalı buna əsas səbəb olaraq maliyyə problemlərini göstərdi. Ölkə müsabiqəyə bir daha 1978-ci ildə qayıtdı. 17 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçisi Sendi Şou ifa etdiyi "Puppet on a String" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1967-nin qalibi olmuşdur. Bu Avroviziyaya artıq iki dəfə ev sahibliyi etmiş Böyük Britaniyanın müsabiqədə ilk qalibiyyəti idi.

Final № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 01 Niderlandca Tereze Steinmetz "Ring-dinge-ding" Rinq-Dinq-Dinq 14 2 02 Fransızca Viki Leandros "L'amour est bleu" Sevgi mavi rəngdədir 4 17 03 Almanca Peter Horten "Warum es hunderttausend Sterne gibt?" Niyə səmada yüz min ulduz var? 14 2 04 Fransızca Noel Kordye "Il doit faire beau là-bas" Orada hava gözəl olmalıdır 3 20 05 Portuqalca Eduardu Naşsimentu "O vento mudou" Küləkdə dəyişiklik var 12 3 06 Fransızca Jeraldin "Quel coeur vas-tu briser?" Kimin qəlbini qırmağa hazırlaşırsan? 17 0 07 İsveçcə Östen Varnerbrinq "Som en dröm" Röya kimi 8 7 08 Fincə Fredi "Varjoon – suojaan" Kölgəyə – təhlükəsizliyə 12 3 09 Almanca İnqe Brük "Anouschka" Anuşka 8 7 10 Niderlandca Lui Nefs "Ik heb zorgen" Mən narahatam 7 8 11 İngiliscə Sendi Şou "Puppet on a String" İp üzərində kukla 1 47 12 İspanca Rafael "Hablemos del amor" Sevgidən danışaq 6 9 13 Norveçcə Kirsti Sparboe "Dukkemann" Kukla 14 2 14 Fransızca Minuş Barelli "Boum-Badaboum" Bum-badabum 5 10 15 Slovencə Lado Leskovar "Vse rože sveta" Dünyanın bütün gülləri 8 7 16 İtalyanca Klaudio Villa "Non andare più lontano" Belə uzağa bir daha getmə 11 4 17 İngiliscə Şon Danfi "If I Could Choose" Əgər seçə bilsəydim 2 22

Nəticələr Səsvermə nəticələri Cəmi Niderland 2 1 1 Lüksemburq 17 4 2 1 2 1 1 1 3 2 Avstriya 2 1 1 Fransa 20 1 2 1 1 4 2 2 2 4 1 Portuqaliya 3 1 1 1 İsveçrə 0 İsveç 7 1 1 2 1 2 Finlandiya 3 1 1 1 Almaniya 7 1 1 1 1 1 1 1 Belçika 8 1 3 1 1 1 1 Böyük Britaniya 47 2 5 3 7 1 7 1 2 3 3 7 3 2 1 İspaniya 9 1 1 1 2 1 2 1 Norveç 2 1 1 Monako 10 2 1 1 5 1 Yuqoslaviya 7 1 1 1 1 2 1 İtaliya 4 1 1 1 1 İrlandiya 22 1 3 1 2 2 4 3 2 2 1 1

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1967-ci ildə Avstriya