Krunk (tərcümədə Leylək) — Ermənistanda istehsal olunan pilotsuz uçuş aparatı. Ermənistanda ilk dəfə PUA layihəsinin həyata keçirilməsinə 2006-cı ildə başlanıb, daha sonra isə layihə A. Hamperyants adına Hərbi Aviasiya Universitetində davam etdirilib. 2009-cu ildə Ermənistan Silahlı Qüvvələri ilk "Krunk" tipli PUA-ları silahlanmaya qəbul edib. Ermənistan Silahlı Qüvvələri nisbətən böyük "Azniv", "Krunk-25–1" və "Krunk-25–2" PUA-larına da sahibdir. "Krunk" ailəsi 3 modeldə istehsal edilir. "Krunk" PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında istehsal edilən RQ-2 "Pioneer" PUA-larına bənzəyir. Bəzi mənbələrin məlumatına görə Krunk PUA-ları Serbiya ilə müştərək istehsal olunur.

Tarixi Krunk PUA 2011-ci ildən istehsal edilir. "Krunk" PUA-ları İsrail Ordusunun silahlanmasında 80-ci illərdən etibarən mövcud olan, A, B və C seriyalarında 1986-cı ildən bəri istehsal edilən RQ-2 "Pioneer" PUA-larına bənzəyir. Onların Rusiyanın əlinə keçməsi tarixi təxminən 1990-cı ildə baş verib. "Krunk" PUA ailəsinin RQ-2 "Pioneer" PUA-ları ilə konstruksiya və TTX oxşarlığı kifayət qədərdir.

Modelləri

Krunk-25–1 "Krunk 25-1-2" PUA-sı optik alətlərlə yeni bir turel əldə edib. Quraşdırılan səsboğucu boruların isə böyük ehtimalla daha güclü mühərrikin tətbiq edilməsilə əlaqədar olduğu bildirilir. "Krunk 25–1" PUA-sı 3.8 metr uzunluğa, 4.32 m qanad açılımına malikdir və 20 kq faydalı yük daşıyır. Kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqəyə qədər, fəaliyyət radiusu 150 km, videosiqnalın komanda məntəqəsinə ötürülmə məsafəsi isə 100 km-dir. İşçi uçuş hündürlüyü 500–3000 metr, maksimum uçuş hündürlüyü 4000 metrdir.

Krunk-25–2 "Krunk 25–2" 15 kq faydalı yük daşıyır. Aparatın əsas parametrləri "Krunk 25–1" ilə çox yaxımdır: kreyser sürəti 110 km/s, maksimal sürəti 140 km/s, havada qalma müddəti 210 dəqiqədir. Fəaliyyət radiusu isə videosiqnalın ötürülməsi məsafəsinin 100 km-lik göstəricisinə qədər azaldılıb. İşçi uçuş hündürlüyü 500–3000 metr, maksimum uçuş hündürlüyü 3500 metrdir.

Azniv "Azniv" PUA-sının qanad sonluqlarındakı fərqini nəzər almasaq, "Krunk-25–2" ilə eyni olduğunu iddia edə bilərik.

Döyüş tətbiqi Azərbaycan Ordusunun 1-ci eşalon bölmələrinin əsgərləri istifadələrində olan atıcı və HHM silahları vasitəsilə 2015–2016-cı illər ərzində 20 ədəd, 2017-ci ildə 5 ədəd, 2018-ci il ərzində 4 ədəd, 2019-cu ilin aprelinə kimi 1 ədəd, yəni 5 ildən az müddətdə 30 ədəd Ermənistan PUA-nı məhv ediblər. 2015–2016-cı illərdə məhv edilən PUA-ların 2-si Krunk PUA olub. Bunların hər ikisi 2015-ci ilin avqust ayında cəbhədə vurulub. Bu PUA həmçinin Aprel döyüşlərində Ermənistan Ordusu tərəfindən aktiv şəkildə tətbiq edilib.

İstifadəçilər — 2015-ci ildə Ermənistan Ordusu inventarında 25-ə yaxın "Krunk-25–1" və "Krunk-25–2" PUA olduğu bilinir.

İstinadlar

Kateqoriya:Pilotsuz uçuş aparatları Kateqoriya:Ermənistan Silahlı Qüvvələri