İmre Makoveç (, )— macar memar. Haqqında İmre Makoveç 20 noyabr 1935-ci ildə anadan olmuşdur. O, ali təhsilini Budepeşt Texniki Universitetində almışdır. Onun təşəbbüsü ilə Macarıstan İncəsənət Akademiyası yaradılmışdır. İmre Makoveç bu akademiyaya uzun illər rəhbərlik etmişdir. Makoveç orqanik memarlığın ən məşhur nümayəndələrindəndir. O fəaliyyətləri ilə bağlı "İmre Makoveç: Ruhun qanadları" adlı ilk ingilis dilli məqaləsini 1997-ci ildə nəşr etdirdi. Məşhur əsərləri Mədəniyyət evi, Şaroşpatak (1984-cü ildə tamamlanıb) İdman zalı, Vişeqrad (1985) Şəhər binası və kommersiya mərkəzi, Dunayska (1996) Macar pavilyonu, Sevilya Piter Pazmani Katolik Universiteti kampı, Pilişçaba Digər əsərləri Restoran, Berhida (1964) Akula restoranı, Velens Balıqçı oteli, Seksard (1965) Kotajlar, Balatonsepezd (1965) Otel, Tatabanya (1966) Restoran, Dyulavar (1969) Mədəniyyət mərkəzi, Şaroşpatak (1972) Cənazə şapeli, Farkaşreti qəbirstanlığı (1975) Turist lojaları, Vişeqrad (1977) Düşərgə kompleksi və istirahət mərkəzi, Vişeqrad (1978) Ferma və restoran, Vişeqrad (1980) Mədəniyyət mərkəzi, Yaspati (1983) İcma binası, Bak (1985) Mədəniyyət mərkəzi, Sigetvar (1985) Kilsə, Şiofok (1986) Müqəddəs ruh kilsəsi, Paks (1987) Orta məktəb, Şaroşpatak (1988) Ekologiya mərkəzi, Überlingen, Almaniya (1989) Teatr və Macarıstan İcma mərkəzi, Sloveniya (1991–2004) Üzgüçülük hovuzu , Eder (1993) Kilsə, Sazhalombatta (1995) Cənazə şapeli, Rumıniya (1996) Roma Katolik Kilsəsi, Rumıniya (2001) Panço Arena, Felsut (2014) İstinadlar

Kateqoriya:Farkaşreti məzarlığında dəfn olunanlar Kateqoriya:Orqanik memarlıq Kateqoriya:XXI əsr memarları Kateqoriya:Macarıstan memarları Kateqoriya:XX əsr memarları