Hadisələr

Yanvar 1 yanvar Misir, Efiopiya, İran, BƏƏ və Səudiyyə Ərəbistanı BRİKS-ə üzv oldular. Noto yarımadası zəlzələsi: Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında yerləşən Suzu şəhərindən şimal-şimal-qərbdə 7,5 maqnituda gücündə zəlzələ baş verdi. Zəlzələ və onun ardınca baş verən sunami Noto yarımadasına, xüsusən də Vacima, Suzu və Noto şəhərlərinə böyük ziyan vurdu. Nəticədə 73 nəfər öldü, 392 nəfər yaralındı və 6 nəfər itkin düşdü. Efiopiya Berbera limanından istifadə etmək üçün Somalilend ilə müqavilə imzaladı. Həmçinin Efiopiya bildirir ki, nəticədə Somalilendin müstəqilliyini tanıyacaq və bunu edən ilk ölkə olacaq.

Fevral 7 fevral — Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyev yenidən Azərbaycan Prezidenti seçildi.

May 19 may — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanında helikopter qəzası baş verdi. Qəza nəticəsində İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, İran Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, Şərqi Azərbaycan ostanının general-qubernatoru Malik Rəhməti və helikopter heyəti də daxil olmaqla 8 nəfər öldü.

Noyabr 5 noyabr — ABŞ-da keçirilən prezident seçkilərində Donald Tramp ikinci müddət üçün yenidən prezident seçildi.

Dekabr 25 dekabr — Azərbaycan Hava Yollarına məxsus Embraer 190 qəzası baş verdi, təyyarədə olan 67 nəfərdən 29-u sağ qalmağı bacardı.

Proqnozlaşdırılan və planlaşdırılan hadisələr

Yanvar 1 Yanvar — Bolqarıstanın avronu qəbul edəcəyi və Avrozonanın 21-ci üzvü olacağı gözlənilir 19 Yanvar — 2 Fevral — 2024 Yeniyetmələrin Qış Olimpiya Oyunları (Kanvondo, Cənubi Koreya)

Fevral 7 Fevral — Azərbaycanda növbədənkənar prezident seçkiləri 14 Fevral — 2024 İndoneziya Prezident seçkiləri

Mart 17 Mart — 2024 Rusiya Prezident seçkiləri

İyun 14 İyun — 14 İyul — UEFA Avro 2024 (Almaniya)

İyul 7 İyul — 2024 Meksika Prezident seçkiləri 26 İyul — 11 Avqust — 2024 Yay Olimpiya Oyunları (Paris, Fransa)

Avqust 17 Avqust — Nusantara Cakartanı əvəz edərək İndoneziyanın yeni paytaxtı olacaq 28 Avqust — 8 Sentyabr — 2024 Yay Paralimpiya Oyunları (Paris, Fransa)

Oktyabr 27 Oktyabr — 2024 Uruqvay Ümumi seçkiləri

Tarixi məlum deyil Yanvar 2024 Yeni Zelandiya Ümumi seçkiləri 2024 Banqladeş Ümumi seçkiləri Mart — 2024 Cənubi Asiya Oyunları (Pakistan)

Aprel — 2024 Hindistan Ümumi seçkiləri May 2024 Avroviziya Mahnı Müsabiqəsi 2024 Avropa Parlamenti seçkiləri Noyabr — 2024 Rumıniya Prezident seçkiləri 2024 Finlandiya Prezident seçkiləri

Ölümlər

Həmçinin bax XXI əsr 2020-ci illər 2024-cü ildə Azərbaycan

İstinadlar