Kateqoriya:Macarıstan kralları Kateqoriya:Xorvatiya kralları I Karl və ya Karl Robert (; ) — Macarıstan kralı.

1288-ci ildə dünyaya gəldi. Atası Neapol kralı II Karlın böyük oğlu Karl Martel, anası isə Almaniya kralı I Rudolfun qızı Klemensdir. Atasının dayısı olan Macarıstan kralı IV Vladislavın 1290-cı ildə varissiz ölümündən sonra nənəsi Macarıstanlı Mariya Macarıstan taxt-tacı üzərində haqq iddia etdi. Atasının əmisi oğlu Venesiyalı Andreyin taxtı ələ keçirməsinə baxmayaraq Macarıstanlı Mariya bunu qəbul etmədi və bu iddiası 1292-ci ildə böyük oğlu Karl Martelə keçdi. Ancaq onun da 1295-ci ildə vəbadan vəfat etməsinin ardından bu iddia Karl Robertə keçdi. Bu səbəblə, babası II Karl onu Neapol taxt-tacından məhrum etdi.

III Andreyin 1301-ci ildə geridə oğul varisi qoymadan vəfat etməsinin ardından Karl Robert babasından aldığı hərbi güclə Macarıstana hücum etdi. Burada özünü Macarıstan kralı elan etsə də, onun bu hərəkəti bir çox yerli əsilzadə tərəfindən tanınmadı və IV Belanın qızı Annanın şəcərəsinə mənsub Vençeslas taxta dəvət olundu. 1303-cü ildə Roma papası VIII Bonifasi tərəfindən kral ünvanı təsdiq edilsə də, rəqibinə qarşı nüfuz qazana bilmədi. Kral Vençeslasın 1305-ci ildə taxtdan çəkilməsi, yerinə taxta çıxan Kral Ottonun isə yerli əsilzadələr tərəfindən əsir alınmasının ardından Karl Robert Macarıstana ikinci dəfə yürüş tərtiblədi. Nəticədə, 27 noyabr 1308-ci ildə Macarıstan kralı olaraq taxta çıxdı. 27 avqust 1310-cu ildə Sekeşfexervarda baş tutan ənənəvi tacqoyma mərasiminin ardından bütün krallıq üzərində suveren hakim oldu.

Mənbə

Ədəbiyyat

İstinadlar

Kateqoriya:XIV əsr Avropa hökmdarları