Ferdinand I Mediçi (; ) — Böyük Toskana hersoqu.
Həyatı I Kozimo və Eleonora Toledolunun kiçik oğlu olan Ferdinando hersoq taxt-tacına namizəd sayılmırdı və artıq 14 yaşında müqəddəs andı vermədən kardinal titulunu aldıSalvador Miranda. The Cardinals of the Holy Roman Church — Biographical Dictionary — Consistory of January 6, 1563 . www2.fiu.edu.. Gəncliyini Romada keçirərək o, özünün tikdiyi Mediçilər villasına İtaliyaya aid maddi mədəniyyət əsərlərini yığırdı. Xalq arasında birmənalı reputasiyaya sahib olmayan Françesko adlı qardaşının qəfil ölümündən sonra, Ferdinand bütün Toskananın varisi oldu. Elmi məlumatlara görə, Françesko arsen ilə zəhərlənmişdi və çox güman ki bunu Ferdinandın özü etmişdir. Toskana taxt-tacını əldə edərək o, eyni zamanda kardinal titulunu daşıyırdı, ancaq papanın razılığı ilə titulundan imtina etdi ki, 1589-cu ildə Yekaterina Mediçinin nəvəsi Kristina Lotaringiyalı nikah bağlasın. Ferdinando, o vaxtı antikatolik partiyasına rəhbərlik edən IV Henrixə ssuda ilə dəstək verərək, üstün fərasətlilik göstərdi. Henrix Fransada hakimiyyətə gələndən sonra, Ferdinando Marsel buxtasına donanmasını göndərdi və ispanların qəsd etdiyi İf qəsrini ələ aldı. Bu hadisədən sonra Ferdinandonun fransız kralı ilə əlaqələri pozuldu, lakin barışıq əlaməti olaraq kral 1600-cü ildə Ferdinandonun qardaşı qızı Mariya Mediçi ilə evləndi. Burbonlarla olan bu ittifaq imperatorun xoşuna gəlmirdi və onu sakitləşdirmək üçün Ferdinando Avstriya şahzadəsini öz varisinə aldı və türklərlə müharibədə avstriyalılara yardım göstərmək üçün öz qoşunlarını Egey dənizi və Afrikaya göndərdi.
Ferdinandonun müdrik xarici siyasəti Toskananın iqtisadi tərəqqi və onun maliyyəsinin möhkəmlənməsinə səbəb olmuşdur. O, öz sərvətləri ölçülüb-biçilmiş şəkildə xərcləyirdi, bunun sayəsində ölkənin şərqində bataqlıq yerlərinin qurudulmasına üstünlük verilirdi və ucqar Livornonu Aralıq dənizində mühüm ticarət limanına çevrildi. İncəsənətdə o, musiqiyə xüsusi diqqət yetirirdi və təəccüblü deyil ki, onun dövründə ilk operalar tamaşa edilirdi.
Ailəsi 1589-cu ildə Fransa kralı II Henrinin nəvəsi Kristina ilə evləndi. Cütlüyün bu nikahdan 9 övladı dünyaya gəldi və bunlardan yalnız biri yetkinlik yaşına çata bilmədi.
II Kozimo Elyanora (1591–1617), heç vaxt evlənmədi. Yekaterina Mediçi (1593–1629) Françesko (1594–1614), heç vaxt evlənmədi. Karlo Mediçi (1595–1666), heç vaxt evlənmədi. Filippino (1598–1602), uşaq yaşda vəfat etdi. Lorenzo (1599–1648), heç vaxt evlənmədi. Mariya Maqdalena (1600–1633), heç vaxt evlənmədi. Klaudiya Mediçi (1604–1648)
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:İtaliya kardinalları Kateqoriya:Xristianlıq Kateqoriya:Toskana böyük hersoqları Kateqoriya:Mediçilər Kateqoriya:San-Lorenso bazilikasında dəfn edilənlər