Tanrı illüziyası (ingilis. The God Delusion) — Britanyalı məşhur etoloq Riçard Dokinzin 2006-cı ildə Birləşmiş Krallıqda The God Delusion adı ilə yayınladığı, beynəlxalq səviyyədə ən çox satılanlar siyahısında olmuş kitab. Tanrının mütləq şəkildə var olmadığını, dinin, cəmiyyət və xüsusilə də uşaqlar üzərində zərərli təsirləri olduğunu iddia edən fiksiya olmayan elmi əhəmiyyətli kitabdır. Azərbaycanda Qanun nəşriyyatı tərəfindən 2018-ci ildə nəşr olunmuşdur.

Məzmun Kitab 10 əsas başlıqdan ibarətdir

İçdən inanan bir inancsız Tanrı fərziyyəsi Tanrının varlığı üçün göstərilən sübutlar Nə üçün hardasa dəqiq olaraq tanrı yoxdur? Dinin mənşəyi Əxlaqın mənşəyi: Nə üçün yaxşıyıq? "Yaxşı" kitab və dəyişkən əxlaq anlayışı Dinin problemi nədir? Nə üçün bu qədər düşmən olmaq lazımdır? Uşaqlıq, istismar və dindən qaçış Çox vacib boşluq var?

thumb|Riçard Dokinz məşhur Barnes & Noble kitab evində kitablarını imzalayarkən.

Şərhlər Kitab haqqında edilmiş bəzi şərhlərRiçard Dokinz — Tanrı illüziyası

— "Hamının oxumalı olduğu bir əsərdir." The Economist

— "Əyləncəli, olduqca dolğun və görkəmli formada yazılıb. Aldığımız ilk dini təhsildən bu yana başımıza bəla olan boş inanclardan qaynaqlanan bu uydurmalara inandığımız üçün yaxşıca danlanırıq." Rod Liddle, Sunday Times

— "Həyəcanlı və şən kitabdır. Dokinz, güclü aqrumentlərini bütün gücü ilə kükrəyərək gəlir." Joan Bakewell, Guardian

İstinadlar

Kateqoriya:2006-cı ilin kitabları Kateqoriya:Fəlsəfə kitabları Kateqoriya:Dini kitablar Kateqoriya:Riçard Dokinzin kitabları Kateqoriya:İngilis dilində kitablar Kateqoriya:İslamı tənqid edən kitablar Kateqoriya:Xristianlığı tənqid edən kitablar Kateqoriya:Antiteizm Kateqoriya:Din fəlsəfəsi ədəbiyyatı