Kələzeyvə türbəsi — İsmayıllı rayonunun Kələzeyvə kəndi ərazisində yerləşən tarix-memarlıq abidəsidir. Kələzeyvə kəndində qədim qəbirsanlıq və pir yerləşdiyinə görə, ətraf yerlərin sakinləri də buradan dəfn üçün istifadə edirdilər.

Tarixi

Türbənin girişinin sol tərəfində divara hörülmüş kitabədən bəlli olur ki, abidə XIX əsrin birinci yarısında Şamaxı xanı Mustafa xanın ailə üzvlərinin məzarları üzərində inşa edilmişdir.

Memarlıq xüsusiyyətləri

Ümumilikdə 6 metrə yaxın hündürlüyü olan tübənin memarlığında əsas diqqət çəkən cəhət inşaat işlərinin yüksək keyfiyyətdə həyata keçirilməsidir. Planda səkkizguşəli olan türbənin daxili həcminin həllində Yeddigünbəz türbələr kompleksinə daxil olan türbələrin memarlığı təkrarlanmışdır. Burada səkkizguşəli təməl hissədən daxili günbəzə keçid, ikinci yarusun ornamental traktovkalı tromplarına bənzər kiçik tromplar vasitəsilə həyata keçirilmişdir.

Həm daxili nişlərin, həm də giriş hissənin tağları oxvari formalıdır. Türbənin digər detalları, karniz və tsokolun profilləri, tağların çərçivələri və digər detallarda Rusiya ilə əlaqələr nəticəsində meydana gəlmiş yeni formalar hiss olunmaqdadır.

İstinadlar

Ədəbiyyat

Həmçinin bax

Yeddigünbəz türbələr kompleksi - Şamaxı xanlarının ailə üzvlərinin dəfn edildiyi digər türbələr kompleksi

Kateqoriya:İsmayıllı rayonunun abidələri Kateqoriya:Şirvan xanlığı Kateqoriya:XIX əsr memarlığı Kateqoriya:Azərbaycan qəbiristanlıqları Kateqoriya:Şirvan-Abşeron memarlıq məktəbi Kateqoriya:İsmayıllının görməli yerləri Kateqoriya:Azərbaycan monarxlarının dəfn yerləri