() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Cənubi Afrikada yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 2 m olan həmişəyaşıl koldur. Açıq sarımtıl budaqları, yaşıl, neştər və ya ellips formalı yarpaqları olur. Yarpaq qoltuğundan nazik tikanları çıxır. Çiçəkləri cəhrayı rənglidir. Meyvələri tam yetişdikdə qırmızı olur. İyun ayından başlayaraq noyabra qədər çiçəkləyir, meyvələri sentyabr-dekabr aylarında yetişir. Toxum və qələmlə çoxaldılır.

Ekologiyası Torpağa tələbkar deyil, quraqlığa və kölgəyə davamlıdır.

Azərbaycanda yayılması Dendrologiya İnstitutunun təcrübə sahəsinə introduksiya edilmişdir.

İstifadəsi Payızda, qışın əvvəllərində yetişən və yaza qədər bitki üzərində qalan yumru, iri və tünd qırmızı meyvələri yaşıl yarpaqların fonunda bitkiyə xüsusi qözəllik verir. Canlı çəpərlərin tərtibatında istifadə edilir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Anqola florası Kateqoriya:Botsvana florası Kateqoriya:Zimbabve florası Kateqoriya:CAR florası Kateqoriya:Namibiya florası