Eldar Rzayev (; ) — Azərbaycan Respublikası Prezidentin Protokol xidmətinin rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri. http://www.e-qanun.az/framework/36963 , 2-ci dərəcəli dövlət müşaviri, fövqəladə və səlahiyyətli səfir.. http://www.e-qanun.az/framework/40594
Həyatı Eldar Həmid oğlu Rzayev 17 iyul 1968-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir, daha sonra Fransa Respublikasının Milli Administrasiya Məktəbinin (ENA) ixtisasartırma kurslarında təhsilini davam etdirmişdi. Hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyinə 1994-cü ildə Gənclər və İdman Nazirliyində başlamışdır. 1995-ci ildən etibarən Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində müxtəlif vəzifələrdə işləmiş, o cümlədən Dövlət Protokolu İdarəsinin rəis müavini olmuşdur.
2003-cü ildə Vatikan Dövlətinin Müqəddəs Böyük Qreqori (Ordine di San Gregori Magno) ordeni ilə təltif olunmuşdur.
2004-cü ilin mayında Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətində işə başlamış, 2005–2007-ci illər arasında Prezidentin Protokol xidmətinin Protokol təminatı sektorunun müdiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2007-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini — sektor müdiri vəzifəsinə təyin edilmişdir.. http://www.e-qanun.az/framework/13358
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 iyun 2017-ci il tarixli Sərəncamı ilə Eldar Həmid oğlu Rzayev Azərbaycan Respublikası Prezidentinin protokol xidməti rəisinin müavini — Birinci vitse-prezidentin protokol sektorunun müdiri təyin olunmuşdur.. http://www.e-qanun.az/framework/36963
17 iyul 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E. H. Rzayevə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir.. http://www.e-qanun.az/framework/40594
2-ci dərəcəli dövlət müşaviridir.
22 iyun 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə E. H. Rzayev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.. http://www.e-qanun.az/framework/42736
İngilis, fransız, rus və ərəb dillərini bilir.
Ailə vəziyyəti Evlidir, bir qızı var.
İstinadlar
Xarici keçidlər 1. https://azertag.az/, Ömrünün kamillik zirvəsində
2. https://haqqin.az/, Самый чуткий протокол — выше не бывает