Bulud Əliş oğlu Qasımov () — yazıçı və karikaturaçı rəssam, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü (2006)
Həyatı Bulud Qasımov 1 iyul 1947-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. 1966-cı ildə Nərimankənd orta məktəbini, 1968-ci ildə isə Texniki Rəssamlıq Məktəbini saxsı qablar üzrə rəssam ixtisası üzrə bitirmişdir. 1968–1970-ci illərdə Qara dəniz sahilindəki Gəlincik şəhərində sovet ordusu sıralarında rəssam kimi xidmət etmişdir.
1972–1977-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil almışdır. 1978-ci ildən "Sovet kəndi" qəzetində çalışmağa başlamışdır."Mədəniyyət" qəzeti, 1997-ci il.
1980-ci ildən karikaturaçı rəssam kimi respublika mətbuatında fəal çalışmağa başlayıb. 1981-ci ildən "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq etmişdir.Bayram Hacızadə, "Azərbaycanın karikaturaçı rəssamları", Bakı, "Çaşıoğlu", 2001. səh.92
Bulud Qasımov 1987-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri Zakir Yusifov adına 194 saylı tam orta məktəbində təsviri-incəsənət müəllimi işləmişdir.
2005-ci ildən "Mozalan" satirik jurnalının bədii redaktoru və baş rəssamı işləmişdir.Bayram Hacızadə, "Müasir Azərbaycan karikaturası", Bakı, "Şərq-Qərb", 2007. səh.60 "Molla Nəsrəddin XXI əsrdə" jurnalında rəssam işləyir.
Bulud Qasımov Azərbaycan dövrü mətbuatında o cümlədən "Sovet kəndi", "Kommunist", "Ədəbəyyat və incəsənət", "Mədəniyyət", "Dan ulduzu", "Bütöv Azərbaycan", "Kaspi", "Kredo", "Savalan", "Güzgü" qəzetlərində "Kirpi", "Mozalan", "Günəş", "Bahar", "Molla Nəsrəddin XXI əsrdə" jurnallarında çalışmışdır."Jurnalist" qəzeti, 1986-cı il."Femida" qəzeti, 1997-ci il.
2006-cı ildən Azərbaycan "Karikaturaçı Rəssamlar Birliyi"nin üzvüdür. Həmçinin FECO (Beynəlxalq Karikaturaçılar Təşkilatları Federasiyası) Azərbaycan qrupunun üzvüdür.
Bir çox respublika, Beynəlxalq sərgilərində və müsabiqələrində iştirak edib.FECONEWS MAGAZINE, № 44. səh.5
Bulud Qasımov Türkiyədə keçirilən "Aydın Doğan Uluslararası Karikatür Yarışması"nda hər il iştirak edir və əsərləri orada sərgilənir.
Ailəsi Bulud Qasımovun atasının adı Əliş, anasının adı Qızxanımdır. 3 oğlu, 2 qızı var.
Kitabları Rəssam Bulud Qasımov — Məni tanıyanlar. Bakı, "Dünya nəşriyyatı", 1998. 48 səh. 1000 tiraj. Bulud Əlişoğlu. "Şəhid yuxusu", Bakı, "Adiloğlu", 2007. 120 səh. 500 tiraj. Bulud Əlişoğlu. "İmana inam" (bir ömrün salnaməsi), Bakı, "Qismət", 2012. 112 səh.
Haqqında deyilənlər
Portretin əsas xarakterik cizgisini tapmaq rəssam Buludun məharətidir. Tofiq Mahmud, şair
İstinadlar
Xarici keçidlər
Bulud Qasımov(karikatura) — kirpiaz.com saytı azercartoon.com saytı "Molla Nəsrəddin" jurnalının 101 illiyi münasibətilə tədbir keçirilib — az.apa.az saytı
Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:Azərbaycan karikaturçuları Kateqoriya:Bakı Dövlət Universitetinin məzunları Kateqoriya:Gədəbəy rayonunda doğulanlar