İmadəddin Nəsiminin heykəli (, Statuya İmadeddina Nasimi) — XIVXV əsrlərdə yaşamış Azərbaycan şairi İmadəddin Nəsimiyə 2019-cu ildə Ukraynanın Kiyev şəhərində qoyulmuş heykəl.
24 may 2019-cu ildə Azərbaycanın Ukrayna səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində abidənin açılış mərasimi baş tutub. Mərasimdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Kiyev şəhər meri Vitali Kliçko da iştirak ediblər. Heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltaraş Seyfəddin Qurbanovdur.
Həmçinin bax İmadəddin Nəsiminin abidəsi (Sumqayıt)
İstinadlar
Xarici keçidlər Kiyevdə Nəsiminin heykəlinin açılışı olub
Kateqoriya:İmadəddin Nəsiminin şərəfinə adlandırılmış yerlər Kateqoriya:Ukraynadakı heykəllər Kateqoriya:Kiyev abidələri Kateqoriya:2019-cu ilin heykəlləri