Müqəddəs İttifaq () — 1684-cü ildə XI İnnokenti tərəfindən Osmanlı-Müqəddəs İttifaq müharibəsi zamanı Osmanlı İmperiyasına qarşı yaradılmış ittifaq idi. İttifaqın ilkin üzvləri Papal Dövləti, Müqəddəs Roma İmperiyası, Reç Pospolita və Venesiya Respublikası idi. Çar Rusiyası İttifaqa 1686-cı ildə qatıldı. Bir çox Avropa dövlətlərindən fərqli olaraq Fransa birliyə qatılmadı. Çünki Fransa və Osmanlı dövləti arasında bu dövrdə sülh davam etməkdə idi. Osmanlı dövləti XVII-XVIII əsrlərdə Fransaya böyük həcmdə kapitulyasiya vermişdi. Müqəddəs ittifaqla müharibədə Osmanlı dövləti məğlub oldu və 1699-cu ildə Karlovitsa müqaviləsini imzalamalı oldu. Müqaviləyə görə Osmanlı dövlətinin bir hissəsi Müqəddəs İttifaqa daxil olan dövlətlər arasında bölüşdürüldü. Beləliklə Osmanlılar geniş ərazi itirdilər.John B. Wolf, The Emergence of the Great Powers: 1685-1715 (1951), pp 15-53.

İstinadlar

Kateqoriya:Türkiyə tarixi Kateqoriya:Hərbi-siyasi bloklar Kateqoriya:Avropa tarixi Kateqoriya:Polşanın müqavilələri Kateqoriya:Rusiyanın müqavilələri