Montiçellit — mineral, CaMg [SiO4].

Haqqında Montiçellit — Mg Fe-la (17%-dək) və Ca isə Mn-la (3%-dək) əvəz olunur. Olivinlə izostrukturdur. Rombik. Habitus prizmatik. İkiləşmə {031} üzrə ulduzvari, altıbücaqlı. Ayrılması {010} üzrə qeyri-mükəmməl. Aqreqat dənəvər. Rəngsiz, boz. Sərtliyi 5,5. Xüsusi çəkisi 3,27. Dəyişilmiş dolomitlərdə; əhəngdaşı ilə qabbronun kontaktında, skarnlarda, peridotitlərdə rast gəlinir. Növü: ferromontiçellit. Sinonim: Kalsiolivin.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Nesosilikatlar Kateqoriya:Rombik sinqoniya mineralları