İrmena Çiçikova (; ) — Bolqarıstan kino və teatr aktrisası.
Uşaqlıq və təhsil İrmena Çiçikova Bolqarıstanın Plovdiv şəhərində anadan olmuşdur. Təhsilini fransız dilli "Antoine de Saint Exupéry" məktəbində almışdır. 2003-cü ildə isə məktəbi bitirərək Sofiyaya gəlir. Sofiyada təhsilini Teatr və Kinematoqrafiya Milli Akademiyasında Marqarita Mladenova və İvan Dobçevin rəhbərliyi altında davam etdirir.
Paralel olaraq yunan dilini də öyrənir. Onun diplom çıxışları Anton Çexovun "Üç baçı" və Joldi Qalseranın "Dakota /Zəncirlərdəki sözlər" pyesi olur. 2008-ci ildə məzun olduqdan sonra, peşəkar sertifikatlaşdırılmış aktrisa olur.
Karyera 2012-ci ildə "Mən — sən" filminə çəkilir. Onun filmdəki çıxışı tənqidçilər tərəfindən yaxşı qəbul edildi və o, "Qızıl Gül" kinofestivalında ən yaxşı qadın roluna görə mükafatlandırıldı. 2015-ci ildən etibarən mütəmadi olaraq kinoya çəkilir.
Mükafatlar və nominasiyalar "Qızıl Gül" kinofestivalında (2012) Peter Popzlatevin rejissoru olduğu "Mən — sən" (2012) filminin əsas roluna görə mükafatı. Bolqarıstanın Vratsa şəhərində Milli Kiçik Teatr Form Festivalında üçüncü mükafat Desislav Şpatovun rejisoru olduğu filmdə ən yaxşı qadın obrazına görə üçüncü mükafat.
Filmoqrafiya Letters from Antarctica (2019) … Diana Till The End Of Our Days (2019) … Zara; qısametrajlı Döşlük (2018) The Bra … Widow Əldəyməz (2018) Touch Me Not … Mona Vezdesushtiyat … Krisi (2017) Annie’s Birthday (2016) … Tanya; qısametrajlı Intrusion (2016) … Jeanne; qısametrajlı Viktoriya (2014) Viktoria … Boryana Az Sam Ti (2012) … Yura Staklenata reka (2010) … Milena Şərq mahnıları (2009) Iztochni piesi … Roommate Nutmeg (2006)
İstinadlar
Kateqoriya:Bolqarıstan aktrisaları