Azərbaycan 2020 Yay Olimpiya Oyunlarında — 2021-ci ilin 24 iyul–8 avqust tarixlərində Yaponiyanın Tokio şəhərində baş tutan XXXII Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarında 44 idmançı ilə 14 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarını 7 medalla (3 gümüş və 4 bürünc) başa vurdu. Komandanın heyətində karateçilər Rafael Ağayev (gümüş) və İrina Zaretska (gümüş), güləşçilər Hacı Əliyev (gümüş), Rafiq Hüseynov (bürünc) və Mariya Stadnik (bürünc), həmçinin boksçu Loren Alfonso (bürünc) və cüdoçu İrina Kindzerskaya (bürünc) medala sahib oldu.

XXXII Yay Olimpiya Oyunlarında 3 gümüş və 4 bürünc medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 67-ci pillədə, medalların sayına görə isə 33-cü pillədə qərarlaşdı.

Azərbaycan Prezidenti İlham Əliyevin 12 avqust 2021-ci il tarixli Sərəncamına əsasən XXXII Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycan idmançıları və onların məşqçiləri üçün pul mükafatının müəyyən edildi. Sərəncama əsasən Olimpiya Oyunlarında gümüş medal qazanan idmançıya 200 min ₼ (onun məşqçisinə 100 min ₼), bürünc medal qazanan idmançıya 100 min ₼ (onun məşqçisinə isə 50 min ₼) məbləğində pul mükafatı müəyyən edildi. Həmçinin olimpiadadan sonra 7 nəfər "Vətənə xidmətə görə" ordeni ilə, 12 nəfər "Əmək" ordeni ilə, 7 nəfər isə "Tərəqqi" medalı ilə təltif edildi.

Azərbaycan olimpiyaçıları 25 ildən sonra birinci dəfə Olimpiya Oyunlarını qızıl medalsız başa vurdu. Bu Azərbaycan Milli Olimpiya Komandasının 1996-cı ildən bu tərəfə ən aşağı nəticəsi idi. İstər cəmiyyətdə, istərsə də prezident səviyyəsində bu nəticələr ciddi formada tənqid edildi. Olimpiadadan sonra 15 ildir gənclər və idman nazirinin idman siyasəti üzrə müavini olan İsmayıl İsmayılov və 21 ildir gənclər və idman nazirinin gənclər siyasəti üzrə müavini olan İntiqam Babayev vəzifələrindən qovuldu. Apreldə vəfat edən gənclər və idman naziri Azad Rəhimovun əvəzinə Fərid Qayıbov təyin edildi. İstefalar dalğası bununla başa çatmadı. Fərid Qayıbovun gəlişindən sonra bir sıra idman federasiyasına yeni prezidentlər seçildi.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası XXXII Yay Olimpiya Oyunlarını 7 medalla (3 gümüş və 4 bürünc) başa vurdu.

Karateçilərdən Rafael Ağayev və İrina Zaretska final görüşündə məğlub olaraq gümüş medallara sahib oldular. Güləşçilərdən Hacı Əliyev də həlledici görüşdə məğlub olaraq gümüş medala sahib oldu, yunan-roma güləşçisi Rafiq Hüseynov və qadın güləşçi Mariya Stadnik isə olimpiadanı bürünc medallara başa vurdular. Komandanı heyətində həmçinin boksçu Loren Alfonso və cüdoçu İrina Kindzerskaya da bürünc medallara sahib oldular.

MedalMedalçıİdman növüYarışTarix25x25pxRafael AğayevKarateKişilər, −75 kq.6 avqust25x25pxHacı ƏliyevGüləşKişilər, sərbəst, −65 kq.7 avqust25x25pxİrina ZaretskaKarateQadınlar, +61 kq.7 avqust25x25pxİrina KindzerskayaCüdoQadınlar, +78 kq.30 iyul25x25pxLoren AlfonsoBoksKişilər, −81 kq.1 avqust25x25pxRafiq HüseynovGüləşKişilər, yunan-roma, −77 kq.3 avqust25x25pxMariya StadnikGüləşQadınlar, sərbəst, −50 kq.7 avqust

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Karate0202.Güləş0123.Boks0014.Cüdo001

Komandanın heyəti Azərbaycan XXXIII Yay Olimpiya Oyunlarında 14 idman növü üzrə 44 idmançı ilə təmsil olundu. Bu Azərbaycanın Olimpiya Oyunlarında idmançı sayının artım tempinin 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Olimpiadalarından sonra enməsi idi. Azərbaycanı 2012-ci ildə 52 idmançı, 2016-cı ildə isə 56 idmançı təmsil eləmişdi.

Komandanın heyətində 44 idmançıdan 16-sı qadın idi. Bu da Azərbaycanın Olimpiya Oyunları tarixində uğur idi. Bundan əvvəl 2008, 2012 və 2016-cı illərdə baş tutan turnirlərdə Azərbaycanı cəmi 14 qadın idmançı təmsil edirdi.

Azərbaycan 2016-cı ildə Olimpiya Oyunlarında akademik avarçəhmə, kamandan oxatma, kanoe slalom və kanoe sprint turnirində təmsil olunsa da, bu səfər heç bir idmançı bu idman növləri üzrə vəsiqə qazana bilmədi. Əvəzində Azərbaycan Olimpiya Oyunlarında birinci dəfə badminton və karate idman növü üzrə təmsil olundu. Azərbaycan yığmasının heyətində ən çox cüdoçular — 9 nəfər yer aldı.

Komandanın heyətində 44 idmançıdan 28 nəfəri Olimpiya Oyunlarının debütantı idi. Olimpiada təcrübəsi olan 14 idmançıdan 6 nəfəri isə bundan əvvəl turnirdə medallara da sahib olmuşdu — Olimpiadanın qalibi Şərif Şərifov (güləşçi), gümüş medalçılar Mariya Stadnik (güləşçi), Rüstəm Orucov (cüdoçu), Lorenso Sotomayor (boksçu), bürünc medalçılar Hacı Əliyev (güləşçi) və Milad Beygi (taekvondoçu). Azərbaycan Milli Olimpiya Komandasının heyəti

Nəticələri

Atıcılıq Q — növbəti mərhələyə adladı

XXXII Yay Olimpiya Oyunlarında atıcılıq idman növü üzrə turnirlər 24 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Emin Cəfərov və Ruslan Lunyov təmsil etdi. Ruslan Lunyov 2019-cu ilin sentyabrında İtaliyada baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu. Həmçinin Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Emin Cəfərov və Ruslan Lunyova da əlavə lisenziya verildi.

thumb|342x342px|Stend atıcısı Emin Cəfərov 12 ildən sonra Azərbaycan bu idman növündə təmsil edən birinci idmançı oldu İyulun 24-də Ruslan Lunyov 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində mübarizə apardı. Nəticədə o, təsnifat mərhələsini 574 balla 36 idmançı sırasında 20-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı.

İyulun 25-də stend atcılığı turnirində çıxış edən Emin Cəfərov mübarizə apardı. Həmin gün baş tutan birinci mərhələdə o, 70 balla 24-cü pillədə qərarlaşdı. Bir gün sonra, iyulun 26-da baş tutan növbəti mərhələdə isə o, 45 balla 26-cı pillədə qərarlaşdı. Nəticədə Emin Cəfərov təsnifat mərhələsini 115 balla 30 idmançı sırasında 26-cı pillədə başa vurdu və mübarizəsini dayandırdı.

Avqustun 1-də isə Ruslan Lunyov 25 metr məsafəyə sürət tapançasından atəşaçma turnirində mübarizə apardı. Ruslan Lunyov təsnifat mərhələsinin birinci turunda 282 balla 22-ci, növbəti turunda isə 286 balla 21-ci pillədə qərarlaşdı. Nəticədə o, təsnifat mərhələsini 568 balla 26 idmançı sırasında 21-ci pillədə başa vurdu və mübarizəsini dayandırdı. İdmançıYarışTəsnifat mərhələsiFinalYerNəticəYerKişilərRuslan Lunyov10 m., hava tapança57420N/A25 m., sürət tapançası56821N/AEmin CəfərovStend11626N/A

Badminton Qəl. — qalib gəldi Məğ. — məğlub oldu Q — növbəti mərhələyə adladı

XXXII Yay Olimpiya Oyunlarında badminton idman növü üzrə turnirlər 24 iyul-2 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə Edi Reski Dviçayo təmsil etdi. Edi Reski Dviçayo Ümumdünya Badminton Federasiyasının (BWF) reytinq cədvəlində 31-ci pillədə qərarlaşdı və olimpiya lisenziyasının sahibi oldu. Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci badmintonçu olaraq tarixə düşdü.

Edi Reski Dviçayo olimpiadada Danimarka nümayəndəsi Anders Antonsen və Vyetnam nümayəndəsi Nquyen Tien Min ilə birgə L qrupunda mübarizə apardı. İyulun 27-də baş tutan qrup mərhələsinin birinci turunda Edi Reski Dviçayo Vyetnam Nquyen Tien Min ilə üz-üzə gəldi. Həmin görüşdə o, rəqibinə 2:0 (21:14, 21:18) hesabı ilə qalib gəldi. İyulun 28-də baş tutan qrup mərhələsinin növbəti turunda isə Edi Reski Dviçayo Danimarka nümayəndəsi Anders Antonsen ilə üz-üzə gəldi. Bu görüşdə o, rəqibinə 0:2 (16:21, 15:21) hesabı ilə məğlub oldu və olimpiadada mübarizəsini dayandırdı. İdmançıYarışQrup mərhələsi1/8 final1/4 final1/2 finalFinal / Yer1-ci görüş2-ci görüşYerKişilərEdi Reski DviçayoFərdi Tien Min Qəl. 2:0 Antonsen Məğ. 0:22N/A

Bədii gimnastika Q — növbəti mərhələyə adladı

XXXII Yay Olimpiya Oyunlarında bədii gimnastların turnirləri 6–8 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə fərdi turnirdə Zöhrə Ağamirova, qrup turnirində isə Darya Sorokina, Nərminə Səmədova, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup təmsil etdi. Fərdi turnirdə Zöhrə Ağamirova, qrup turnirində isə Aliyə Paşayeva, Ayşən Bayramova, Darya Sorokina, Diana Əhmədbəyli və Zeynəb Hümmətovadan ibarət qrup 2019-cu ilin sentyabrında Azərbaycanda baş tutan Dünya Çempionatının nəticələrinə əsasən lisenziyalara sahib oldu.

thumb|346x346px|Azərbaycanı olimpiada da təmsil edən bədii gimnastlardan ibarət qrup: Ləman Əlimuradova, Yelizaveta Luzan, Nərminə Səmədova, Darya Sorokina və Zeynəb Hümmətova 2020-ci il martın 24-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul edildi. Bundan sonra olimpiadada debüt üçün daha bir il gözləməli olan qrupun üç üzvü — Aliyə Paşayeva, Ayşən Bayramova və Diana Əhmədbəylinin idmandan uzaqlaşdı. Bundan sonra bədii gimnastlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva tərəfindən yeni qrup formalaşdırıldı. Köhnə qrupun heyətindən sadəcə Darya Sorokina və Zeynəb Hümmətova yeni qrupun heyətində də yer aldı. Qrupun digər üzvləri isə gənclərdən ibarət qrupun əsas üzvləri Ləman Əlimuradova, Nərminə Səmədova və Yelizaveta Luzan oldu.

Avqustun 6-da fərdi turnirdə çıxış edən 20 yaşlı Zöhrə Ağamirova mübarizə apardı. Zöhrə Ağamirova təsnifat mərhələsini halqa ilə proqramda 23.000 balla 16-cı pillədə, topla proqramda isə 23.400 balla 17-ci pillədə başa vurdu. Daha sonra Zöhrə Ağamirova gürzlərlə proqramda 21.500 balla 21-ci, lentlə proqramda isə 19.900 balla 15-ci pillələrin sahibi oldu. Ümumi nəticədə Zöhrə Ağamirova turniri 87.800 balla 26 gimnast sırasında 18-ci pillədə başa vurdu.

Avqustun 7-də qrup turnirində çıxış edən Darya Sorokina, Ləman Əlimuradova, Nərminə Səmədova, Yelizaveta Luzan və Zeynəb Hümmətova ibarət qrup mübarizə apardı. Azərbaycan sonuncu dəfə bədii gimnastların qrup turnirində 12 il əvvəl təmsil olunmuşdu. Təsnifat mərhələsində qrup əvvəlcə 5 topla proqramı icra etdi. Nəticədə qrupun çıxışı referilər tərəfindən 36.700 balla qiymətləndirildi. Bu nəticəyə əsasən qrup beş topla turnirdən sonra 14 qrup sırasında 10-cu pillədə qərarlaşdı. Daha sonra gimnastlar 3 halqa / 2 gürz turnirində mübarizə apardı. Bu səfər qrupun çıxışı referilər tərəfindən 37.650 balla qiymətləndirildi. Nəticədə qrup onuncu pillədə qərarlaşdı. Ümumi nəticələrə əsasən isə qrup təsnifat mərhələsini 74.350 balla 14 qrup sırasında onuncu pillədə başa vurdu və olimpiadanın final mərhələsinə vəsiqə qazana bilmədi. İdmançıYarışTəsnifat mərhələsiFinal mərhələsiCəmiYer20x20px20x20px20x20px20x20pxCəmiYer20x20px20x20px20x20px20x20pxZöhrə AğamirovaFərdi23.00023.40021.50019.90087.80018N/AİdmançıYarışTəsnifat mərhələsiFinal mərhələsiCəmiYer20x20px20x20px+20x20pxCəmiYer20x20px20x20px+20x20pxDarya Sorokina Nərminə Səmədova Ləman Əlimuradova Yelizaveta Luzan Zeynəb HümmətovaQrup36.70037.65074.35010N/A

Boks Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

XXXII Yay Olimpiya Oyunlarında bədii gimnastların turnirləri 24 iyul-8 avqustda baş tutdu. Azərbaycanı bu idman növü üzrə turnirdə Tayfur Əliyev, Cavid Çələbiyev, Lorenso Sotomayor, Loren Alfonso və Məhəmməd Abdullayev təmsil etdi.

thumb|315x315px|XXXII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vuran Loren Alfonso