Aşağı Kürdmahmudlu — Azərbaycan Respublikasının Füzuli rayonunun Kürdmahmudlu kənd inzibati ərazi dairəsində kənd. thumb|300px|Cəbrayıl qəzası 1 yanvar 1903-cü illər xəritəsi. Kürdmahmudlu
Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.
Toponimikası Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi, ikinci komponenti isə maldar kürdmahmudlu tayfasının adı ilə bağlıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 Tarixi Kəndin əsası XVIII əsrdə qoyulmuşdur. Kəngərli elinin qoludur.
1999-cu il bələdiyyələrin təsis edilməsi zamanı ayrıca Aşağı Kürdmahmudlu bələdiyyəsi təşkil edilib.
2013-cü il yanvarın 31-də Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunun 18.3-ci bəndinə əsasən: "Aşağı Kürdmahmudlu, Əhmədbəyli və Yuxarı Kürdmahmudlu bələdiyyələrinin əhatə etdiyi Aşağı Kürdmahmudlu, Əhmədbəyli, İkinci Mahmudlu, Qarabağ, Murtuzalılar və Yuxarı Kürdmahmudlu kəndlərində Əhmədbəyli bələdiyyəsi" yenidən təşkil edilmişdir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1191 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Coğrafiyası Aşağı Kürdmahmudlu kəndi Füzuli rayonundan təxminən 25 km cənub-şərqdə, Köndələnçay ətrafında yerləşir.
Düzənlikdədir.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Qaztəchizat sektorunda 235 abonenti olan Aşağı Kürdmahmudlu kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11094 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 235 sayğac və fərdi tənzimləyici quraşdırılıb.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun yaşayış məntəqələrində subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Sərəncama əlavə edilmiş siyahıda Aşağı Kürdmahmudlu kəndi üçün 1 subartezian quyusunun qazılması və həmin quyudan 1380 nəfərin faydalanmasının nəzərdə tutulduğu göstərilmişdir.
Həmçinin bax Füzuli rayonunun Aşağı Kürdmahmudlu bələdiyyəsi Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsi Yuxarı Kürdmahmudlu
İstinadlar
Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti
Kateqoriya:Füzuli rayonunun kəndləri