Vo Sun-Hi (d. 1 iyul 1978) — Cənubi Koreyanı təmsil edən həndbolçu.
Karyerası Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
Daha sonra Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2012-ci ildə London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda İspaniya yığmasına 32:30 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, London Olimpiadasını 4-cü yerdə başa vurdu.
Vo Sun-Hi Cənubi Koreya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. Qrup mərhələsində baş tutan beş oyunun üçündə məğlub olan Cənubi Koreya yığması, Rio-de-Janeyro Olimpiadasını 10-cu yerdə başa vurdu.
Həmçinin bax Cənubi Koreya 2004 Yay Olimpiya Oyunlarında Cənubi Koreya 2012 Yay Olimpiya Oyunlarında Cənubi Koreya 2016 Yay Olimpiya Oyunlarında
İstinadlar
Kateqoriya:Cənubi Koreyanın Olimpiya həndbolçuları Kateqoriya:2004 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Olimpiya gümüş medalına sahib Cənubi Koreya idmançıları Kateqoriya:2004 Yay Olimpiya Oyunları gümüş medalçıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:2016 Yay Olimpiya Oyunlarında həndbolçular Kateqoriya:Olimpiya bürünc medalına sahib Cənubi Koreya idmançıları Kateqoriya:2002 Asiya Oyunları medalçıları Kateqoriya:2006 Asiya Oyunları medalçıları Kateqoriya:2010 Asiya Oyunları medalçıları Kateqoriya:2014 Asiya Oyunları medalçıları