Dəllər (əvvəlki adı: Tərs Dəllər) — Azərbaycan Respublikasının Şəmkir rayonunun Dəllər qəsəbə inzibati ərazi dairəsində qəsəbə.
Tarixi Gəncə–Qazax düzənliyindədir. Keçmiş adı Tərs Dəllər (Tərsçayın sahilində yerləşdiyinə görə) olmuşdur. 15 mart 1973-cü ildə Dəllərə şəhər tipli qəsəbə statusu verilmişdi.Melnikov S. A., İbrahimov Ç. H. (сост.). Azərbaycan SSR inzibati ərazi bölgüsü . Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1979.
Toponimikası Oykonim özündə qədim türk tayfalarından olan telelərin adını əks etdirir. Telelər VII–VII əsrlərdə tokuz–oğuz adı ilə də adlanmışlar. Qıpçaqların və xəzərlərin tərkibində Azərbaycana gəlmiş telelər dəlilər/dəllər variantında bir çox coğrafi adlarda öz izlərini saxlamışlar.
Əhalisi Qəsəbənin əhalisi 4.859 nəfər təşkil edir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Kateqoriya:Şəmkir rayonunun qəsəbələri