Milan Füşt (; ) — Macarıstan yazıçısı, şairi və dramaturqu.

Həyatı 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi.

1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.

İstinadlar

Kateqoriya:Macarıstan yazıçıları Kateqoriya:Macarıstan şairləri Kateqoriya:XX əsrin Macarıstan romançıları Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Dramlar