1973 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 18-ci Avroviziya Mahnı Müsabiqəsidir. Viki Leandrosun ifa etdiyi "Après toi" mahnısı ilə 1972 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1973-cü ildə Lüksemburq müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Avroviziya 1973 ölkənin paytaxtı Lüksemburq şəhərində "Grand Théâtre" arenasında keçirilmişdir. Müsabiqə 1973-cü ilin 7 aprel tarixində baş tutmuşdur.

1973-cü ildə İsrail Avroviziyaya ilk dəfə qoşuldu. Avstriya və Malta isə müsabiqədə iştirakdan imtina etdi. Ümumilikdə 17 ölkənin iştirak etdiyi müsabiqədə ev sahibi olan Lüksemburqun təmsilçisi Ann-Mari David ifa etdiyi "Tu te reconnaîtras" mahnısı ilə İspaniya təmsilçisindən cəmi dörd xalla irəli keçərək, Avroviziya 1973-ün qalibi seçilmişdir. Bu Lüksemburqun Avroviziyada dördüncü qalibiyyəti idi.

Terror təhlükəsi

Almaniyanın Münhen şəhərində keçirilən 1972 Yay Olimpiya Oyunlarında Fələstin terrorist qruplaşması olan "Qara Sentyabr" tərəfindən 17 nəfərin həlak olması ilə nəticələnən və əsas hədəfin İsrailin Olimpiya komandası olduğu terrorist hücumlarının ardınca Avropa ölkələrində terror qorxusu səngimək bilmirdi. İsrailin də 1973-cü ildə Avroviziyaya qoşulması ilə birlikdə Avropa Yayımlar Birliyinin xüsusi tapşırığı ilə müsabiqədə ciddi təhlükəsizlik önləmləri alınmışdı.

Final

№ Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 1 İngiliscə Marion Runq "Tom Tom Tom" Tom Tom Tom 6 93 2 Niderlandca Nikol və Huqo "Baby, Baby" Körpə, körpə 17 58 3 Portuqalca Fernandu Tordu "Tourada" Öküz döyüşü 10 80 4 Almanca Qitte "Junger Tag" Gənc gün 8 85 5 İngiliscə, Fransızca Bendik Singers "It's Just A Game" Bu sadəcə oyundur 7 89 6 Fransızca Mari "Un train qui part" Gedən qatar 8 85 7 İspanca Mocedades "Eres tú" Sənsən 2 125 8 Fransızca Patrik Jüve "Je vais me marier, Marie" Mən evlənirəm, Mari 12 79 9 Serbcə Zdravko Çoliç "Gori vatra" Od yanır 15 65 10 İtalyanca Massimo Ranieri "Chi sarà con te?" Səninlə kim olacaq? 13 74 11 Fransızca Ann-Mari David "Tu te reconnaîtras" Sən özünü tanıyarsan 1 129 12 İngiliscə Nova və The Dolls "You’re Summer" Sən yaysan 5 94 13 Niderlandca Ben Kramer "De oude muzikant" Yaşlı musiqiçi 14 69 14 İngiliscə Maksi "Do I Dream?" Mən yuxudayam? 10 80 15 İngiliscə Kliff Riçard "Power to All Our Friends" Bütün dostlarımıza güc 3 123 16 Fransızca Martin Klemensyu "Sans toi" Sənsiz 15 65 17 İvritcə İlanit "Ey Sham" (אי שם) Bir yerdə 4 97

Səsvermə cədvəli Səsvermə nəticələri Cəmi Finlandiya 93 9 5 6 6 5 6 6 7 2 6 7 5 5 9 4 5 Belçika 58 4 3 4 3 6 6 4 4 2 4 2 3 4 5 2 2 Portuqaliya 80 4 6 5 5 4 8 8 6 3 4 2 5 4 5 6 5 Almaniya 85 2 5 6 4 5 9 7 4 3 7 6 5 6 5 7 4 Norveç 89 8 5 5 6 7 6 7 6 5 7 3 3 3 3 6 9 Monako 85 6 3 2 4 3 6 5 9 8 6 4 5 6 9 5 4 İspaniya 125 3 8 9 9 4 9 8 9 10 8 7 10 10 4 9 8 İsveçrə 79 4 3 3 4 7 5 7 6 4 6 3 8 7 7 2 3 Yuqoslaviya 65 5 3 3 4 2 5 8 6 2 4 2 4 5 4 4 4 İtaliya 74 2 5 3 5 5 5 5 7 5 5 5 4 4 5 5 4 Lüksemburq 129 6 6 8 7 8 7 6 10 9 9 8 9 8 10 10 8 İsveç 94 8 4 4 5 8 5 7 9 6 5 6 6 5 7 4 5 Niderland 69 4 4 2 5 5 4 5 5 5 4 7 3 5 3 6 2 İrlandiya 80 3 7 2 4 6 6 7 5 5 5 6 5 6 5 4 4 Böyük Britaniya 123 9 6 6 7 7 8 4 8 8 5 10 9 10 9 8 9 Fransa 65 4 3 2 4 4 5 5 4 7 2 3 5 5 5 5 2 İsrail 97 6 6 5 7 5 7 4 6 7 7 8 6 6 7 5 5

Xarici keçidlər Eurovision.tv

Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi

Kateqoriya:1973-cü ildə Lüksemburq