Taleh Zeynəddin oğlu Yüzbəyov () — azərbaycanlı aktyor, rejissor, ssenari müəllifi və videobloqqer.

Həyatı və fəaliyyəti Taleh Yüzbəyov 6 dekabr 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1994-cü ildə Binəqədi rayon 143 saylı orta məktəbində 1-ci sinifə getmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino aktyoru ixtisasını bitirmişdir. 2008-ci ildə universitetin 3-cü kursundan Azərbaycan Dövlət Pantomim Teatrında çalışmağa başlamış, "Dulusçu", "Çərçivə", "Pantomim buketi", "Tıq-Tıq xanım" və s. tamaşalarda rol almışdır.

2009–2010-cu illərdə Qazax rayonu N saylı hərbi hissəsində hərbi xidmətdə olmuşdur.

2010-cu ildə Azərbaycan Dövlət Pantomim Teatrında işləməyə davam etmiş, 2011-ci ildən isə teatrdan uzaqlaşaraq "Azerfon" şikətində işə başlamışdır.

2017-ci ildə "YÜZ production" şirkətini qurmuş, bir çox yerli və qlobal şirkətlərin sifarişi əsasında reklam filmləri çəkmiş və baş rolda oynamışdır.

2015-ci ildən kino karyerasına başlamış, "Oğlan evi: Azərbaycansayağı qarət", "21 sual", "Qız qaçırtma" və s. filmlərdə rol almışdır.

2016-cı ildən Facebook, Youtube, Instagram sosial şəbəkələrində videoblogger kimi fəaliyyət göstərir.

Ailəsi Ailəlidir, 2 övladı var.

Filmoqrafiya +İlFilmJanrObraz2015Oğlan evi: Azərbaycansayağı qarətKomediyaİsmayıl201621 sualKomediyaEldar2017Qız qaçırtmaKomediyaGündüz2017TaysonKomediyaHəkim2017KəklikotuKomediyaEpizodik2018Son nəfəsədəkDramSəməd2018FəlakətKomediyaBomj2018OxşarabadKomediyaƏziz2019Beşinci fəsilDram2019AğacdələnDramHəkim2019Qış nağılıKomediyaElşən2019Daxildəki adaDramPolis2019Oxşarabad 2: KorifeylərKomediyaƏziz2020Sən deməKomediyaƏziz2021Zəhər tuluğuKomediya, DramAdil2025Bəlkə də...macəraHabil

Çəkdiyi qısametrajlı filmlər + Taleh Yüzbəyovun youtube üçün çəkdiyi filmlər yüksək izləməyə malikdir İl Filmin adı Baxış sayı (avqust 2020) 2018 Zəhər tuluğu SiqaretİşKinCəhd7.078.592 2019 Ortastatistik Rasim Parklar və parkdakılar 1.477.293 2020 Karantinvari toy 1.523.607

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:Video bloqqerlər Kateqoriya:YouTuberlər Kateqoriya:Əlifba sırasına görə yutuberlər Kateqoriya:Maşın Şounun iştirakçıları Kateqoriya:Vikipediyanı redaktə edən ensiklopedik şəxslər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları