Adam Zamenhof (; ) — oftalmologiya sahəsində fəaliyyətinə görə ad qazanmış yəhudi-polyak əsilli həkim, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun oğlu.

Həyatı Holokostdan əvvəl Adam Zamenhof görmə sahəsində korluğu müəyyən edən cihaz icad etmişdi. İkinci Dünya müharibəsi zamanı 6 sentyabr 1939-cu ildə o, Varşavada Starozakonniç Xəstəxanasının rəhbəri və direktoru idi. Həmin il 1 oktyabrda Zamenhof tutulmuş və Palmiridəki düşərgəyə göndərilmişdi, daha sonra isə güllələnmişdi.

Adam və həyat yoldaşı Vanda Lui-Kristof Zaleski Zamenhofun valideynləridirlər.

İstinadlar

Kateqoriya:Yəhudi həkimlər Kateqoriya:Polşa yəhudiləri Kateqoriya:Esperantoca danışan yəhudilər