Əliəsgər Bahari (; ) — Azərbaycan əsilli İran musiqiçisi və kamança ifaçısı.
Həyatı O, 1905-ci ildə Tehran şəhərində anadan olmuşdur. Onun valideynləri Həmədan ostanının Bahar şəhristanından olmuşdurlar. Təhsili O, ilk kamança təhsilini babası Məhəmməd Tağı Xandan almışdır. 3 ildən sonra isə atası onu dayılarının yanına təhsilini daha da inkişaf etdirmək üçün göndərmişdir. Onun 3 dayısının üçü də o dövrün məşhur kamança ustalarından idilər. Fəaliyyəti Əliəsgər Baharinin ilk böyük uğuru hələ 18 yaşında İbrahim xan Mənsurinin orkestrində çıxış etməsi olmuşdur.
Məşhəddə özünün musiqi məktəbini açmış, lakin sonradan Tehrana köçmüşdür. Burada Ruhulla Xaliqinin rəhbərliyi altında Hünəristanda kamança müəllimi kimi çalışmışdır. İranın Hüseyn Tehrani, Əhməd İbadi və Əbülhəsən Səba kimi məşhur musiqiçiləri ilə birgə fəaliyyət göstərmişdir. Həmçinni uzun müddət Tehran Universitetində professor vəzifəsində çalışmışdır. Bir sıra məşhur şəxslərin müəllimi olmuşdur. Bunlara misal olaraq Məzdək Tehranini və Mürtəza Vərzini göstrəmək olar.
Fransada, Belçikada, Almaniyada, İtaliyada, İngiltərədə və ABŞ-də konsertlər vermişdir.
Həmçinin bax İran azərbaycanlıları Cənubi Azərbaycan Pərviz Mahmud Nəsrullah Nasehpur Mahmud Şatiryan Dariuş Pirniakan
İstinadlar
Xarici keçidlər Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran azərbaycanlısı musiqiçilər Kateqoriya:İran musiqiçiləri