Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir.
Tarixi 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir.
Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlərГригорій Москвичъ Иллюстрированный практическій путеводитель по Кавказу. Одесса, 1899
2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Ədəbiyyat Дѣло Тифлисской Городской Управы, 1-го Распорядительнаго отдѣленія, 1890 г., по описи № 31 «О сооруженію въ Тифлисѣ памятника Пушкину»
İstinadlar
Mənmbə Памятник нерукотворный: Пушкин и Тбилиси
Kateqoriya:Tbilisidəki heykəllər