Sarıçoban — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. İqdır şəhərindən 12 km uzaqlıqdadır. İqlimi kontinentaldır.

Əhalisi Kənd əhalisi azərbaycan türklərindən ibarətdir. Qohumluq əlaqələri olduqca güclüdür. Əhali öz adət-ənənlərinə sıx bağlılığı ilə seçilirlər İllərə görə kənd əhalisi 2014 249 2007 208 1997 182

Təsərrüfat Kənd iqtisadiyyatının əsasını əkinçilik və heyvandarlıq təşkil edir.

İnfrastruktur Kənddə ibtidai məktəb olsa da fəaliyyət göstərmir. İçməli su şəbəkəsi vardır. Ancaq kanalizasiya və Sağlamlıq ocağı yoxdur. Kəndə gedən yol asfaltlaşdırılmamışdır. Elektrik və telefon xətləri vardır.

Mənbə Yerelnet İğdır xəbər Kəndin Koordinatları

İstinadlar

Kateqoriya:İğdır ilçəsinin bəldə və kəndləri