Cavad xan Şirvanski () — Rusiya İmperator ordusunda general mayor. Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı korneti.
Həyatı 1809-cu ildəQafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 5, səh. 1111 və ya 1814-cü ildəQafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 8, səh. 496-497 Şamaxıda doğulmuşdur. Atası Şirvan xanı Mustafa xan, anası isə İslamı qəbul etmiş gürcü, Adolf Berjenin sözləri ilə desək gözəllikdə tayı-bərabəri olmayan Güləndam xanım (ö. 1858) idi. Saray təhsili almışdır. 2 yaşından bəri Abbas Mirzənin himayəsində böyümüşdür. Muğan düzündəki Xaki kanalının sahibi idi.S.A.Məlik-Sarkisyan, "Muğan düzü", 1897, Sankt Peterburq, səh. 44Həsən bəy Zərdabiyə "Cəmiyyət Xeyriyyə" təşkilatı üçün 3700 rubl kömək etmişdi.
Hərbi fəaliyyəti 1832-ci ilin iyul-avqust aylarında atası tərəfindən hələ 19 yaşındaykən qohumları Hüseyn bəy Şıxəlibəyli (1797-1842) və Əbdürrəhman sultan (1808-1855) ilə birlikdə Rusiya İmperator ordusuna yazdırılmışdı. 1833-cü ildə isə o artıq Əlahiddə Qafqaz Korpusu komandiri, Qafqaz Canişini Qriqori Rozen tərəfindən çeçenlərə qarşı döyüşlərdən ötrü "İgidliyə görə" gümüş qılıncı ilə mükafatlandırıldı.1841-ci ildə Rusiya imperiyasının ordusu ümumi heyəti. Cild 1, səh 176 .
6 aprel 1834-cü ildə Leyb-Qvardiyanın Qafqaz eskadronunda ilk azərbaycanlı kornet təyin olundu.Rütbəsinə görə polkovniklərin siyahısı (1859) - səh. 321 Qardaşı Məmməd xan isə 1-ci kadet korpusunda təhsilə başladı.
1837-ci ildə Leyb-Qvardiyanın Qusar polkuna köçürüldü.Növbəti il isə 3-cü dərəcədən Müqəddəs Anna ordeni ilə təltif edildi. 1839-cu ildə 3-cü dərəcədən Müqəddəs Stanislav ordeni ilə təltif olunaraq leytenant rütbəsi aldı. 1840-cı ildə "İgidliyə görə" qızıl qılıncı ilə mükafatlandırıldı.E. E. İsmayılov. "İgidliyə görə" yazılı qızıl silahla təltif olunan 1788-1913-cü ildəki kavalyerlərin siyahısı. - Moskva, 2007, s. 213 Növbəti il 4-cü dərəcəli Müqəddəs Vladimir ordenini alaraq ştabs-rotmistr rütbəsinə yüksəldi.
1855-ci ildə polkovnik rütbəsinə yüksələn Şirvanski, növbəti il II Aleksandrın Moskvadakı tacqoyma mərasimində Şamaxı quberniyasını təmsil etmiş, 2-ci dərəcədən Müqəddəs Anna ordeni ilə mükafatlandırılmışdı.Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları, cild 10, səh. 715 Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, 1877-ci ildə "Türklərə qarşı qələbəyə görə" medalı ilə təltif edilərək general-mayorluğa yüksəldilmişdir. 1882-ci ildə istefaya çıxmışdı.
Ailəsi 1849-cu ildə Hüseyn bəy Şıxəlibəylinin qızı Gövhər xanımla evlənmişdir. Övladları:
Bala xan Şirvanski (d. 1852) Əmir xan Şirvanski (d. 1854) Rəşid xan Şirvanski (d. 1857) Sitarə bəyim (d. 1860)
İstinadlar
Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Şirvan xanlığı Kateqoriya:"Müqəddəs Anna" ordeni kavalerləri Kateqoriya:"Müqəddəs Stanislav" ordeninin kavalerləri (Rusiya imperiyası) Kateqoriya:"Müqəddəs Vladimir" ordeni ilə təltif edilənlər