Qaracalar — Gürcüstan Respublikasının Kvemo Kartli diyarının Qardabani bələdiyyəsində kənd.
Kənd Rustavi şəhəri yaxınlığında dəniz səviyyəsindən təqribən 350 metr yüksəklikdə yerləşir.
2014-cü il siyahıyaalmasının nəticələrinə əsasən kənddə 4136 nəfər əhali yaşayır. 99%-i azərbaycanlılardan ibarət olan kənd əhalisinin 50,31%-i kişilər, 49,69%-i qadınlardır.
Kənd əhalisinin əsas məşğulluq sahəsi kənd təsərrüfatıdır. Şəhəryanı tərəvəzçilik və maldarlıq inkişaf etmişdir.
İstinadlar
Həmçinin bax Tomarlı
Kateqoriya:Qarayazı bələdiyyəsinin yaşayış məntəqələri Kateqoriya:Borçalı kəndləri